Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:36

Putin bu il ‘böyük mətbuat konfransı’ keçirməyəcək


Dmitri Peskov Putinin 2020-ci ildə keçirilmiş "böyük mətbuat konfransı"nda
Dmitri Peskov Putinin 2020-ci ildə keçirilmiş "böyük mətbuat konfransı"nda

Rusiya prezidenti Vladimir Putin bu il ənənəvi “böyük mətbuat konfransını” keçirməyəcək.

By barədə məlumatı onun mətbuat katibi Dmitri Peskov verib:

"Bununla belə, biz düşünürük ki, prezident hər halda jurnalistlərlə təmas üçün imkan tapacaq”.

Peskov əlavə edib ki, prezident xarici səfərləri də daxil jurnalistlərlə tez-tez görüşür.

Putin Ukraynaya müdaxiləsindən bu yana yalnız İrana və MDB-nin altı ölkəsinə səfərlər edib.

Noyabr ayında RBK yazırdı ki, Kremldə Putinin ənənəvi efirlərinin keçirilib-keçirilməməsi barədə yekdil qərara gələ bilmirlər.

Qəzet yazırdı ki, bu qərarlara müharibənin gedişi təsir göstərir.

Putin 2021-ci ildən keçirilən mətbuat konfranslarında rusiyalıların suallarına cavab verirdi. Bu efirlərin vaxtı dəfələrlə dəyişdirilib.

Hələ qərara gəlməyiblər

Putinin Federasiya Şurasına ənənəvi illik müraciətinin də olub-olmayacağı bilinmir.

Peskov bu barədə demidşi ki, bu məsələnin “dəqiqləşdirilməyə” ehtiyacı var. Amma bundan əvvəl o bildirmişdi ki, bu müraciətə hazırlıq “çoxdan başlanıb”.

Putinin 2001-ci ildən keçirilən böyük mətbuat konfransı cəmi bir dəfə - 2005-ci ildə ləğv olunub.

Vladimir Putinin “Birbaşa xətt” adlı efiri 2004-cü ildə keçirilməyib, 2020-ci ildə isə “böyük mətbuat konfransı” ilə birləşdirilib.

Bu tədbirlərdən sonra iqtidaryönlü media Putinin adamlarla təmaslarını, burada toxunulan mövzuları və verilən sualları geniş müzakirəyə çıxarır.

Rusiya Konstitusiyasına uyğun olaraq Rusiya prezidenti ildə bir dəfə Federasiya Şurasına ölkədəki vəziyyət, dövlətin daxili və xarici siyasətinin əsas istiqamətləri barədə hesabat verməlidir.

XS
SM
MD
LG