Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:38

Avropa Parlamentinin vitse prezidenti korrupsiya ittihamıyla saxlanılıb


 Eva Kaili
Eva Kaili

Belçika mətbuatının yazdığına görə, Yunanıstanın PASOK sosialist partiyası artıq Eva Kailinin partiyadan qovulması ilə bağlı bəyanat yayıb

Belçika polisi bir sıra axtarışlardan sonra Avropa Parlamentinin rəhbərliyinə yaxın olan ən azı dörd nəfəri saxlayıb. Onlar dünya çempionatının keçirilməsi ilə bağlı korrupsiyada və Qətərin maraqları üçün lobbiçilikdə şübhəli bilinirlər. "Politico" nəşri yazır ki, axtarışlar nəticəsində polis təxminən 600 min avro nağd pul aşkarlayıb.

Belçika prokurorluğu saxlanılanların adlarını açıqlamasa da, "Le Soir" öz mənbələrinə istinadən xəbər verir ki, şübhəlilərdən biri Avropa Parlamentinin vitse-prezidenti, Yunanıstanın PASOK sosialist partiyasının üzvü Eva Kailidir. Yunan mətbuatı artıq PASOK-dan Kailinin korrupsiya iddialarına görə partiyadan qovulması ilə bağlı bəyanat yayıb.

Məlumatlarda qeyd olunur ki, Qətərin əmək naziri ilə görüşdə Eva Kaili Qətərdə Olimpiya obyektlərinin tikintisi zamanı işçilərin hüquqlarının pozulması ilə bağlı beynəlxalq qurumların çoxsaylı bəyanatlarına baxmayaraq, Qətəri “işçilərin hüquqları baxımından lider ölkə” adlandırıb.

Belçikanın digər nəşri “Knack” yazır ki, ölkənin federal prokurorluğu iyul ayından Avropa Parlamentində mümkün korrupsiya faktlarını araşdırır. Nəşr son hadisələrlə bağlı 16 evdə axtarış aparıldığını vurğulayır.

Prokurorluğun sözçüsü Eric van Duijs deyib ki, idarə "Fars körfəzi dövlətlərindən birini" Avropa Parlamentinin iqtisadi və siyasi qərarlarına təsir etmək cəhdində - xüsusən də rüşvət və rüşvət verməklə şübhələnir.

Həmçinin KİV-in məlumatına görə, saxlanılanlar arasında Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi Luka Visentini İtaliyadan keçmiş Avropa Parlamentinin deputatı Pier Antonio Panzeri də var.

Mütəxəssislərin fikrincə, çoxsaylı insan haqları pozuntusunda tiham olunan Qətər hakimiyyəti üçün hazırda ölkənin müsbət imici formalaşdırmaq çox vacib məsələdir.

Bununla yanaşı ekspertlər onu da qeyd edirlər ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra başlayan "qaz müharibəsi" fonunda Avropa rəsmiləri də dünyanın əsas qaz istehsalçılarından biri olan Qətərlə yaxşı münasibətlərdə maraqlıdırlar.

XS
SM
MD
LG