Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:47

Klaar: Azərbaycana və Ermənistana güclü siyasi iradə lazımdır


Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar

Klaar Azərbaycan prezidenti İlham Əliyevin Avropa İttifaqının formatına sadiq qalmasının əhəmiyyətini vurğulayıb

Gərginliyin azaldırması və hərtərəfli tənzimləmə üçün Azərbaycana və Ermənistana təmkin və güclü siyasi iradə lazımdır.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun məlumatına görə bunu ötən həftə Bakıya səfərinin ardınca Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Twitter mikrobloqunda yazıb.

O qeyd edir ki, çətinliklər aradan qaldırılmayıb.

Klaar Azərbaycan prezidenti İlham Əliyevin Avropa İttifaqının formatına sadiq qalmasının əhəmiyyətini vurğulayıb.

Klaar Bakıya noyabrın 25-də səfər etmişdi. Danışıqlar zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, danışıqlar prosesi, sərhədin delimitasiyası barədə 3 noyabr Brüssel danışıqlarının nəticələrinə dair fikir mübadiləsi aparılıb.

Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndə Ermənistana son dəfə oktyabrın 29-da səfər etrmişdi.

Xatırlatma

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib.

Təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG