Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:44

ABŞ İran dronları və Wagner-ə görə yeni sanksiyalar qoyub


İran diasporasının Kiyevdə keçirdiyi etiraz aksiyası
İran diasporasının Kiyevdə keçirdiyi etiraz aksiyası

Sanksiya siyahısına İranın PUA istehsalçısı Shahed Aviation Industries Research Mərkəzi, habelə Success Aviation Services FZC və iJet Global DMCC şirkətləri salınıb

ABŞ Maliyyə Nazirliyi Tehrandan Moskvaya dron transferi və Rusiyanın Wagner özəl hərbi qrupu ilə bağlı olan üç şirkətə və iki fiziki şəxsə sanksiyalar elan edib.

Bu şirkət və şəxslər İran dronlarının Rusiyaya gətirilməsində ittiham olunurlar.

Sanksiya siyahısına İranın PUA istehsalçısı Shahed Aviation Industries Research Mərkəzi, habelə Success Aviation Services FZC və iJet Global DMCC şirkətləri salınıb.

ABŞ hakimiyyət orqanları bu şirkətləri Rusiyanı pilotsuz uçuş aparatları ilə təchiz etməkdə günahlandırır.

Siyahıya habelə Abbas CumTiqran Srabrionovun adları daxil edilib. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə bu şəxslər Wagner özəl hərbi şirkətini İran dronları ilə təchiz ediblər.

Ukraynanın ərazi bütövlüyünə qəsd edənlərə qarşı

ABŞ maliyyə naziri Canet Yellen deyib:

"Dəfələrlə nümayiş etdirdiyimiz kimi Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya əsassız müdaxiləsini dəstəkləyən şəxslərə və şirkətlərə qarşı sanksiyalar qoyulması əzmindədir. Bugünkü tədbirlər İran dronlarından dinc Ukrayna əhalisinə qarşı istifadəyə vasitəçilik edənləri məsuliyyətə cəlb etmək üçün görülür”.

Bundan əvvəl Shahed Aviation Industries şirkətinə qarşı Avropa İttifaqı sanksiyalar irəli sürüb.

O vaxt Avropa rəsmiləri bildirmişdilər ki, sanksiyalar hərəkətləri ilə Ukraynanın suvernlik və ərazi bütövlyünə təhlükə yaradanları hədəfləyir.

Bu sanksiyalara Britaniya və İsveçrə də qoşulmuşdular.

Kiyev Moskvanı mülki obyektlərə hücumlarda İran dronlarından istifadə etməkdə günahlandırır.

Ukrayna tərəfi bildirir ki, onun hərbi qüvvələri indiyədək 300-dən çox İran dronunu vurub.

İnkar və etiraflar

Rusiya tərəfi İrandan dronlar almasına dair xəbərləri israrla inkar edirdi. Lakin Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın nümayəndələrindən biri RBK telekanalının canlı efirində bu xəbərin doğru olduğunu ağzından qaçırmışdı.

İran noyabrın 5-də Rusiyaya Şahed dronları verdiyini təsdiqləmişdi.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian demişdi ki, Tehran Moskvaya az sayda dron verib, lakin bu, Ukraynaya müdaxilədən bir neçə ay əvvəl olub.

CNN isə Qərb ölkələrindən birinin adları çəıkilməyən rəsmilərinə istinadla bildirmişdi ki, Tehran Moskvaya daha min ədəd silah göndərməyə hazırlaşır.

Mənbə bildirmişdi ki, bunların 450-si dronlar, qalanı isə “yer-yer” tipli yaxınmənzilli ballistik raketlərdir.

XS
SM
MD
LG