Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:21

Azərbaycan Rusiyaya qarşı qətnamənin səsverməsində iştirak etməyib


BMT BAŞ Assambleyasında səsvermə
BMT BAŞ Assambleyasında səsvermə

Gürcüstan, Latviya, Litva, Moldova, Ukrayna və Estoniya qətnamənin qəbuluna səs veriblər

BMT Baş Assambleyası xüsusi sessiyasının iştirakçıları noyabrın 14-də Rusiyanın Ukraynaya vurduğu ziyanın beynəlxalq reyestrinin və Rusiyanın Ukraynaya vurduğu ziyana görə təzminat ödəməsinin beynəlxalq mexanizminin yaradılmasını ehtiva edən qətnamə qəbul edib.

Bu qətnamənin leyhinə 193 ölkədən 94-ü, əleyhinə 14-ü səs verib. 73 ölkə bitərəf qalıb.

Sənədin qəbulunun əleyhinə Rusiya, Belarus, Zimbabve, İran, Çin, Şimali Koreya, Kuba, Mali, Nikaraqua, Suriya, Baham adaları, Mərkəzi Afrika Respublikası, Eritreya və Efiopiya səs veriblər.

Keçmiş sovet respublikalarından Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan bitərəf qalıblar.

Azərbaycan və Türkmənistan səsvermədə ümumiyyətlə iştirak etməyiblər. Mərakeş, Tanzaniya, Seneqal, Venesuela və Burkina-Faso da səsverməyə qatılmayıblar.

Gürcüstan, Latviya, Litva, Moldova, Ukrayna və Estoniya qətnamənin qəbuluna səs veriblər.

Türkiyə də qətnamənin leyhinə səs verib

Digər ölkələrdən qətnaməni Türkiyə və Macarıstan da dəstəkləyiblər.

İndoneziya, Səudiyyə və Serbiya bitərəf qalıblar.

BRİKS ölkələrindən habelə Braziliya və Hindistan da bitərəf mövqe tutublar.

Qətnamədə deyilir ki, “Rusiya Federasiyası Ukraynada beynəlxalq hüququn, insan haqlarının pozulduğu bütün hallara görə məsuliyyət daşıyır”.

İran İnqilab Keşikçiləri Korpusu terrorçu təşkilat hesab oluna bilər
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Qeyd edilir ki, təcavüzkar ölkə özünün bütün qanuna zidd hərəkətləri üçün məsuliyyət daşımalı, vurduğu ziyana görə təzminat ödəməlidir.

Qətnamə təzminatın ödənilməsi üçün Ukrayna ilə birlikdə beynəlxalq mexanizmin yaradılmasını ehtiva edir.

Bu məqsədlə yaradılacaq reyestrdə Rusiyanın Ukraynada fiziki və hüquqi şəxslərə vurduğu ziyanlar, buna dair subutlar yer alacaq.

Bu, Rusiyanın Ukraynaya təcavüzü başlanandan bəri BMT Baş Assambleyasının Moskvaya qarşı beşinci qətnaməsidir.

Qətnamədə habelə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstək bidirilir, Moskvanın Ukraynaya qarşı müdaxiləsi qətiyyətlə pislənir.

XS
SM
MD
LG