Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:46

Tokayevdən daha bir ‘anti-Rusiya’ bəyanatı


Səmərqənd sammitində (soldan sağa) - Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Türkiyə prezidenti Recep Tayyip Ərdoğan və Özbəkistan lideri Şavkat Mirziyoyev
Səmərqənd sammitində (soldan sağa) - Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Türkiyə prezidenti Recep Tayyip Ərdoğan və Özbəkistan lideri Şavkat Mirziyoyev

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev noyabrın 11-də deyib ki, o bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev noyabrın 11-də deyib ki, o bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir.

Qazaxıstan prezidenti bu bəyanatı ölkəsinin müttəfiqi olan Rusiyanın Ukraynada qəsbkarlıq müharibəsi apardığı bir vaxtda verib.

Tokayev Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən sammitində deyib ki, Qazaxıstan bütün ölkələrin suverenlik və ərazi bütövlüyünü ehtiva edən BMT Nizamnaməsini tam dəstəkləyir:

"Bu prinsip bizim ölkəmizin maraqlarına tam uyğundur. Biz bu prinsipə xüsusilə mühüm diqqət yetirməliyik”.

Azərbaycan tranziti prioritet olmalıdır

Tokayev vurğulayıb ki, Qazaxıstan “Qərbi və Şərqi, habelə Şimalla Cənubu birləşdirir” və buna görə də Mərkəzi Asiya ölkələri ilə dünyanın başqa hissələri arasında əməkdaşlığa ciddi diqqət yetirməlidir:

"Davam etməkdə olan keçid dövründə nəqliyyat və kommunikasiya potensialının artırılmasına böyük ehtiyac var”.

O əlavə edib ki, Qazaxıstanı Azərbaycandan keçməklə Türkiyə ilə birləşdirəcək beynəlxalq nəqliyyat marşrutu Türk Dövlətləri Təşkilatı üçün prioritet olmalıdır.

Tokayev Rusiyanın Ukraynaya səbəbsiz və əsassız müdaxiləsini rəsmən nə pisləyib, nə də dəstəkləyib.

Lakin o bu ilin əvvəllərində demişdi ki, Qazaxıstan Ukraynada Rusiya tərəfindən dəstəklənən Luhansk və Donetsk separatçılarını heç vaxt tanımayacaq.

Özbəkistanın Səmərqənd şəhərində keçirilən sammitdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan liderləri iştirak edirdilər.

Ukrayna da qoşulmaq istədiyini bildirmişdi

Bu sammitə Macarıstanın baş naziri Viktor Orban, Türkmənistanın keçmiş prezidenti Qurbanqulı Berdımuxammedov da qatılmışdılar.

Sammitdə üzv ölkələr arasında vahid Türk Fondunun yarıdılmasına dair bəyannamə və bir sıra başqa sənədlər imzalanıb.

Yeni dəhliz ilk erməni kəndində böyük mübahisəyə səbəb olub
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

Əvvəllər Türk Şurası kimi tanınan Türk Dövlətləri Təşkilatının əsası 2009-cu ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən qoyulub.

Özbəkistan bu təşkilata 2019-cu ilin sentyabrında qoşulub.

Macarıstan və Türkmənistan qrupa müvafiq olaraq 2018 və 2021-ci ildə müşahidəçi kimi qoşulublar.

2020-ci ildə Ukrayna xarici işlər nazirinin müavini Emine Ceppar demişdi ki, onun ölkəsi də təşkilata müşahidəçi kimi qoşulmaq istərdi.

XS
SM
MD
LG