Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:19

Qazaxıstan hökuməti vətəndaşlıq qanununa düzəliş təklif edib


Hökumət vətəndaşlıq haqqında bu düzəliş təklifini ölkəyə Rusiya vətəndaşlarının böyük axınının olduğu bir vaxtda verib

Qazaxıstan hökumətinin ölkənin vətəndaşlıq qanununa təklif etdiyi düzəliş layihəsinə görə Qazaxıstan vətəndaşı olmaq istəyənlərin qazax dilini, Qazaxıstan tarixini və milli qanunvericiliyin əsaslarını bilmələri icbari olacaq.

Bu da qeyd olunur ki, hökumət vətəndaşlıq haqqında bu düzəliş təklifini ölkəyə Rusiya vətəndaşlarının böyük axınının olduğu bir vaxtda verib.

Rusiya prezidenti Vladimir Putin ötən sentyabrda Ukrayna müharibəsi üçün qismən səfərbərlik elan edəndən sonra bu axın daha da güclənib.

İdentifikasiya nömrələri

Bu yaxınlarda Qazaxıstan hökumətinin məlumatında deyilirdi ki, sentyabrın 21-dən sonra 200 minədək əcnəbi identifikasiya nömrələri üçün müraciət edib.

Bu nömrələr Qazaxıstanda işə düzəlmək və bank hesabı açmaq hüququ verir.

Baş nazir Alixan Smaylov deyib ki, qanuna düzəlişdən məqsəd habelə ikili vətəndaşlığın qarşısının alınmasıdır.

Qazaxıstanın hazırkı vətəndaşlıq qanununda deyilir ki, ölkə ərazisində 5 ildən az olmayaraq yaşayanlar, Qazaxıstan vətəndaşı ilə 3 ildən az olmayaraq nikahda olanlar, habelə Qazaxıstana başqa keçmiş sovet respublikalarından daimi yaşayış məqsədi ilə gələnlər Qazaxıstan vətəndaşı ola bilərlər.

Qanun həm də siyasi repressiyaların bəraət almış qurbanlarının qohumlarına, Qazaxıstan vətəndaşlığından qanunsuz məhrum edilənlərə, habelə Qazaxıstanın ali məktəblərində təhsil alan etnik qazaxlara sadələşdirilmiş qaydada vətəndaşlıq verilməsini nəzərədə tutur.

Erməni sakin: "Azərbaycanlılar burunumuzun dibindədir, necə sakit ola bilərik"?
Gözlə

No media source currently available

0:00 0:03:07 0:00

Ehtiyatlı dil siyasəti

Hazırkı qanunda vətəndaşlıq verilməsindən imtina edilməsi üçün 14 əsas nəzərdə tutulib, lakin bunların arasında qazax dilinin icbariliyi müddəası yoxdur.

Bununla belə oktyabr ayında Almatı vilayətinin sakinləri ilə görüşdə prezident Kasım-Jomart Tokayev demişdi ki, dil məsələsindən siyasi məqsədlər üçün istifadə oluna bilməz və ölkə tarazlanmış dil siyasəti yürütməlidir.

O, ola bilsin Ukraynaya işarə ilə “bəzi başqa ölkələrdə” dil siyasətinin düzgün aparılmamasının faciələrə səbəb olmasından danışmışdı.

XS
SM
MD
LG