Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:31

ABŞ İranın neft qaçaqmalçılığını hədəfləyir


İranda neftayırma zavodu
İranda neftayırma zavodu

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, sözü gedən şəbəkə Hizbullah və Qüds qüvvələri üçün yüz milyonlarla dollarlıq neftin satışını təşkil edib

Birləşmiş Ştatlar noyabrın 3-də onun iddiasına görə Hizbullahı və İranın Qüds qüvvələrini dəstəkləyən beynəlxalq neft qaçaqmalçılığı şəbəkəsinə qarşı sanksiyalar elan edib.

Bu sanksiyalar onlarca şəxsi, şirkəti və neft tankerlərini hədəfləyir.

ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, sözü gedən şəbəkənin adamları neft ticarəti ilə məşğul olurlar və əldə olunan gəliri Livanda İranın dəstəklədiyi Hizbullah təşkilatına və İran İnqilab Keşikçiləri Korpusunun Qüds qüvvələrinə çatdırırlar.

ABŞ-ın İranın neft qaçaqmalçılığını hədəfləyən sanksiyaları Tehranla 2015-ci il nüvə sazişinin dirçəldilməsi danışıqlarının dalana dirəndiyi vaxta təsadüf edib.

Bundan başqa hazırda İran boyunca antihökumət etirazları davam edir.

İzi itirmək üçün nefti qarışdırmaq

Nazirlik bildirir ki, sanskiya siyahısına bu şəbəkənin əsas nümayəndələri, qondarma şirkətləri və gəmiləri daxildir.

ABŞ onları izi azdırmaq üçün İran neftini başqa neftlə qarışdırmaqda, dünya boyunca satışa çıxararaq Qüds qüvvələrinə və Hizbullaha maliyyə dəstəyi verməkdəı ittiham edir.

İran dronlarının özəllikləri: Ermənistan bu dronları almağa niyə ehtiyat edir?
Gözlə

No media source currently available

0:00 0:05:12 0:00

Maliyyə nazirinin terror və maliyyə kəşfiyyatı üzrə müavini Brayan Nelson deyib ki, neft bazarının tacirləri sözü gedən qanunsuz əməliyyatlarının iştirakçısına çevrilməmək üçün ayıq-sayıq olmalıdırlar.

Reuters agentliyi bildirir ki, İranın BMT-dəki missiyası bu xəbərlə bağlı onun sorğusuna cavab verməyib.

Sertifikatlar saxtalaşdırılıb

Sansksiyaların hədəflədiyi şəbəkənin bazasının Körfəzdə yerləşdiyi bildirilir.

Qeyd olunur ki, bu şəbəkə İran neftinin qarışdırılmasına və ixracına 2022-ci ilin ortlarından başlayıb.

Şəbəkənin bu məqsədlə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarca portundakı anbarlardan istifadə etdiyi bildirilir.

Qeyd olunur ki, buradakı çənlərdə İran neftini Hindistandan gətirilən xam neftlə qarışdırırdılar.

Bundan sonra şirkətlər neftin mənşəyini göstərən sertifikatları saxtalaşdırır və xaricə satırdılar.

Bu neftin bir hissəsi 2021-ci ilin sonlarında Asiyadakı alıcılara ixrac olunmalıydı.

Türkiyədə, Sinqapurda, İsveçrədə

ABŞ Maliyyə Nazirliyi bildirir ki, sanskiya siyahısına salınmış Ava Petroleum neftin Çinə daşınması ilə məşğul idi.

Vaşinqtonun sanksiyaları konkret olaraq Viktor Artyomovu, Edman Nafriyeni, Ruzbeh Zahedini, Məhəmməd əl-Zeyni və Ava Petroleum kimi onların nəzarətində olan şirkətləri hədəfləyir.

Bundan başqa sanksiya siyahısına bu şəbəkənin İsveçrədə, BƏƏ-də, Sinqapurda, Türkiyədə, İran və Marşal adalarındakı şirkətləri salınıb.

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, sözü gedən şəbəkə Hizbullah və Qüds qüvvələri üçün yüz milyonlarla dollarlıq neftin satışını təşkil edib.

İranla 2015-ci ildə dünya gücləri arasında imzalanmış sazişin dirçəldilməsi cəhdlərinə baxmayaraq Vaşinqton Tehran üzərindəki sanksiyalarını qüvvədə saxlayır.

XS
SM
MD
LG