Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:17

ABŞ İranın BMT-nin qadın komissiyasından çıxarılmasını istəyir


Fransada Iran qadınlarına dəstək aksiyasının iştirakçısı
Fransada Iran qadınlarına dəstək aksiyasının iştirakçısı

Kamala Harris: "Birləşmiş Ştatlar inanır ki, qadın və qızların hüquqlarını pozan heç bir ölkə bu hüquqları qoruyan heç bir beynəlxalq və BMT qurumunun üzvü ola bilməz”.

Birləşmiş Ştatlar İranın BMT-nin 45 üzvlü Qadının Statusu Komissiyasından xaric edilməsinə çalışacaq.

ABŞ-ın vitse-prezidenti Kamala Harris deyib ki, Vaşinqtonun bu niyyəti İran hökumətinin qadın hüquqlarını tanımaqdan imtina etməsi və etiraz aksiyalarına qəddar hücumları ilə bağlıdır.

Reuters agentliyi yazır ki, İran bu komissayadakı dördillik üzvlüyünə yenicə başlayıb.

Komissiyanın məqsədi gender bərabərliyinə və qadınların siyasi mövqeyinin gücləndirilməsinə dəstək verməkdir.

Xanım Harrisin bu barədə bəyanatında deyilir:

"Birləşmiş Ştatlar inanır ki, qadın və qızların hüquqlarını pozan heç bir ölkə bu hüquqları qoruyan heç bir beynəlxalq və BMT qurumunun üzvü ola bilməz”.

İran dronlarının özəllikləri: Ermənistan bu dronları almağa niyə ehtiyat edir?
Gözlə

No media source currently available

0:00 0:05:12 0:00

Üsyana çevrilmiş etiraz

İran 22 yaşlı Məsha Əmini hicab qaydasını pozduğuna görə polisə aparıldıqdan və orada vəfat etdikdən sonra etirazlar burulğanındadır.

Gənc kürd qadının ölümünə etirazdan başlanan bu aksiyalar hazırda cəmiyyətin müxtəlif təbəqələrinin İran rejiminə qarşı üsyanına çevrilib.

İran ölkədəki etirazların “Qərb düşmənləri və onların agentləri” tərəfindəın qızışdırıldığını bildirir.

İranlı ana: "Oğluma tələsik ölüm hökmü kəsdilər"
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

Harris deyib ki, öz qadın vətəndaşlarının hüquqlarına hörmət etməyən və öz xalqına qarşı qəddarlıq nümayiş etdirən İran sözü gedən təşkilatın üzvü ola bilməz.

Birləşmiş Ştatlar və Albaniya bu məsələni qeyri-rəsmi şəkildə BMT Təhlükəsizlik Şurasında müzakirə ediblər.

Bu iclasda İranlı Nobel Sülh mükafatçısı Şirin İbadi və İran əsilli aktrisa və fəal Nazənin Bünyadi də iştirak edirblər.

İran səfirinin etirazı

İranın BMT-dəki səfiri Əmir Seyyid İrəvani noyabrın 2-də Birləşmiş Ştatları İranın daxili işlərinə qarışmaqda ittiham edib.

O BMT üzvlərini sözü gedən iclasda iştirak etməməyə çağırmışdı:

"İran insan haqlarının siyasiləşdirilməsinə və bəzi ölkələrin BMT sistemindən özlərinin siyasi məqsədləri üçün sui-istifadəsinə daim etirazını bildirib”.

Reuters yazır ki, İranın BMT-dəki missiyası ABŞ-ın İranın qadın qurumundan çıxarılması təşəbbüsü ilə bağlı sorğuya hələki cavab verməyib.

Bu da xəbər verilir ki, Qadının Statusu Komissiyasının üzvləri BMT-nin İqtisadi və Sosial Şurasının 54 üzvü tərəfindən seçilir.

XS
SM
MD
LG