Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:39

Rusiyada Çuvaşıstan səfərbərləri qiyam qaldırıblar


İllüstrativ foto
İllüstrativ foto

Onlar vəd edilmiş ödənişləri almadıqlarını bildiriblər və komandanlıqdan olan şikayətlərini videoya yazıblar

Rusiyada Çuvaşıstandan səfərbər edilmiş 100-dək hərbçi Ulyanovskdakı təlim mərkəzində qiyam qaldırıb.

Onlar vəd edilmiş ödənişləri almadıqlarını bildiriblər və komandanlıqdan olan şikayətlərini videoya yazıblar.

Bu ödənişin 195 min rubl (3160 dollar) olduğu deyilir.

Onların yazdıqları bu videonu insan haqları fəallarının Gulagu.net saytı və “Qəzəbli Çuvaşıstan” teleqram-kanalı yayıb.

“Vladimir Vladimiroviçin vəd etdiyi pul”

Səfərbərlər bu videoda Ukrayna müharibəsində iştirak etmək istəmədiklərini bildirirlər:

"Dövlətimiz bizə prezidentimiz Vladimir Vladimiroviç Putinin vəd etdiyi 195 min rublu verməkdən imtina edir! Ailələrimizi baxımsız qoyub bu dövlətin uğrunda niyə vuruşmalıyıq ki?”

Cermux sakini: 'Azərbaycan hərbçilərini hələ də orda görürük'
Gözlə

No media source currently available

0:00 0:04:42 0:00

Təlim mərkəzindəki komandanlıq səfərbərlərə izah etməyə çalışıb ki, heç kimə pul vəd etməyib və söhbət Rusiya Kommunist Partiyasının təklif etdiyi qanun layihəsindən gedir və bu layihə Dövlət Dumasında birinci oxunuşdan sonra gündəlikdən çıxarılıb.

Buna cavab olaraq səfərbərlər deyiblər ki, Ukraynada müharibəyə elə deputatları göndərmək lazımdır.

Bundan sonra isə səfərbərlərin internet çatında və “Qəzəbli Çuvaşıstan” kanalında təlim mərkəzində qiyamın başlandığı xəbər verilib.

Qiyamın “yatırıldığı” xəbər verilib

Bu da xəbər verilir ki, təlim mərkəzinə xüsusi təyinatlı polisin və Rusiya qvardiyasının birləşmələri gətirilib.

Təsdiq olunmamış xəbərlərə görə qiyamı “yatırıblar”. Bunun necə baş verdiyi açıqlanmır.

Bu, Rusiyada səfərbərlərin narazılıq bildirdiyi ilk hal deyil. Təkcə son bir ay ərzində sosial şəbəkələrdə onlarca belə etiraza dair videolar yayılıb.

Rusiyanın müxtəlif regionlarından alınan xəbərlərə görə səfərbərlər özləri üçün geyim və başqa ləvazimat almağa məcbur olurlar.

Zibilliyə qərq olmuş cənnətməkan...
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00

The Insider saytının verdiyi məlumata görə rusiyalı qadınların sosial şəbəkə müzakirələrində onlar ərlərinin müharibəyə göndərilməsi üçün 150 min rubl (2431 dollar) xərc çəkdiklərini bildirirlər.

Hakimiyyət Vladimir, Rostov, Samara vilayətlərində, Buryatiya və Başqırdıstanda səfərbərlər üçün hərbi uniformaların tikişinə məktəbliləri və tələbələri cəlb edir.

XS
SM
MD
LG