Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:34

Bayden Rusiyada nüvə silahına dair müzakirələrdən narahatdır


Rusiyanın Sarnat qitələrarası ballistik raketi
Rusiyanın Sarnat qitələrarası ballistik raketi

Oktyabrın 27-də etdiyi çıxışda Putin demişdi ki, Moskva nüvə silahına əl atacağını heç vaxt deməyib

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynada nüvə silahından istifadəyə dair Rusiyanın yüksək rütbəli hərbçiləri arasında mümkün müzakirələrdən narahatlığını bildirib.

The New York Times qəzeti Amerikanın adının çəkilməsini istəməyən məmurlarına istiadən iddia edir ki, Rusiyanın ali hərbiyyə rəhbərliyi bugünlərdə bu məsələni müzakirə edib.

Qəzet yazır ki, Rusiya prezidenti Vladimir Putin bu müzakirələrdə iştirak etməyib.

O Rusiyada yeganə şəxsdir ki, generalların mövqeyindən asılı olmayaraq nüvə silahından istifadə barədə qərar qəbul edə bilər.

İran dronlarının özəllikləri: Ermənistan bu dronları almağa niyə ehtiyat edir?
Gözlə

No media source currently available

0:00 0:05:12 0:00

Bayden Putinin izahatlarına inanmır

Buna baxmayaraq belə müzakirələrin getməsi Ağ Evi narahat edib. Ağ Ev hesab edir ki, bu müzakirələrə Rusiyanın Ukraynadakı hərbi uğursuzluqları səbəb olub.

Qərb dövlətləri bildirirlər ki, Kreml fevral ayından bəri nüvə silahından istifadə edilə biləcəyinə dair müntəzəm siqnallar verir.

Oktyabrın 27-də etdiyi çıxışda Putin demişdi ki, Moskva nüvə silahına əl atacağını heç vaxt deməyib.

Bundan başqa Rusiya Elmlər Akademiyasının dünya iqtisadiyyatı və beynəlxalq münasibətlər institutunun hazırladığı hesabatda deyilirdi ki, Qərb Rusiya rəsmilərinin nüvə silahı barədə bəyanatlarını düzgün şərh etmir.

The Washington Post qəzetinin adı çəkilməyən mənbələri bildirirlər ki, ABŞ rəsmiləri Putinin izahatından arxayın deyillər.

Ağ Evdə hesab edirlər ki, Rusiyanın Ukrayna müharibəsindəki bütün resursları tükənəndən sonra Moskva nüvə silahına əl ata bilər.

XS
SM
MD
LG