Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:27

İranlı professor oğurlanıbmış


Dariuş Farhud
Dariuş Farhud

“İran genetik elminin atası” kimi tanınan professor Dariuş Farhud naməlum təhlükəsizlik agentləri tərəfindən zorla qaçırıldığını, bir gündən artıq dindirildikdən sonra buraxıldığını deyir.

84 yaşlı professor yarırəsmi ISNA xəbər agentliyinə deyib ki, oktyabrın 30-da səhər evindən çıxarkən “agentə oxşayan” qara geyimli iki kişi ona salam verib və maşınına miniblər.

İran dronlarının özəllikləri: Ermənistan bu dronları almağa niyə ehtiyat edir?
Gözlə

No media source currently available

0:00 0:05:12 0:00

Hökumətin tənqidi

“Onlar məni başqa bir yerə apardılar, başqa bir avtomobilə oturtdular”, – professor danışıb.

Farhudun başçılıq etdiyi genetika klinikası onun itkin düşdüyünü bildirmişdi. Bundan öncə professor ölkəni çalxalayan antihökumət etirazlarını dəstəkləyib.

Farhud İranda hökumətin əhali planlama siyasətinin tənqidçilərindən biridir. O, aprelin əvvəlində parlamentin dölün ultrasəs müayinəsini yasaqlamaq və qanuni abortları önləmək planını tənqid edib, insan haqlarına zidd adlandırıb, bu addımların ölkəni 200 il geri atacağını deyib.

Etirazlar

22 yaşlı Məhsa Əmini sentyabrın 16-da vəfat edəndən sonra İranı etirazlar bürüyüb. Qadın guya hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlanandan sonra vəfat edib. Şahidlər onun saxlanarkən döyüldüyünü deyiblər.

Etirazçılara divan tutulub, insan haqları qrupları azı 270 nəfərin öldürüldüyünü, minlərlə insanın saxlandığını bildirirlər.

Farhud deyib ki, onu qaçıranlar kontaktları barədə suallar verib, hökuməti niyə tənqid etməsinin səbəbini soruşublar.

İran hakimiyyəti tənqid edən, həssas mövzulara toxunan alim və ziyalıları hədəfə almasıyla tanınır.

İndiyədək hökumətə qarşı etirazları dəstəkləyən bir neçə professor dindirilib.

XS
SM
MD
LG