Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:49

Rişi Sunak Britaniyanın ilk Asiya əsilli baş naziri oldu


Rişi Sunak
Rişi Sunak

Britaniyada keçmiş maliyyə naziri, Hindistan əsilli Rişi Sunak hakim Mühafizəkar Partiyanın lideri seçilib

Britaniya kralı III Karl Rişi Sunakı ölkənin baş naziri təyin edib. İndi Sunak yeni hökuməti tərtib etməlidir.

Baş nazir vəzifəsinə təyinedilmə mərasimi oktyabrın 25-də Bukingem sarayında keçirilib. Bundan əvvəl III Karl Liz Trassın istefasını qəbul etmişdi.

Konstitusiyalı monarxiya olan Britaniyada kral hökumət başçılarının təyin edilməsində mərasim rolu oynayır.

Britaniyada keçmiş maliyyə naziri, Hindistan əsilli Rişi Sunak hakim Mühafizəkar Partiyanın lideri seçilib.

Bu isə o deməkdir ki, Sunak ən yaxın vaxtda Britaniyanın baş naziri olacaq.

O Britaniya parlamentinin aşağı palatası – İcmalar Palatasındakı əksər mühafizəkar millət vəkillərinin dəstəyini qazana bilib.

Onun əsas və yeganə rəqibi Penni Mordont yarışdan çıxdığını bəyan edib. Bundan əvvəl keçmiş baş nazir Boris Conson partiya lideri yarışına qatılmayacağını bildirmişdi.

Beynəlxalq olimpiadalarda iştirak bütün şagirdlər üçün əlçatandırmı?
Gözlə

No media source currently available

0:00 0:04:31 0:00

Sunak baş nazir vəzifəsində bu postda iki aydan da az müddətdə olmuş Liz Trassı əvəzləyəcək.

Yeni baş nazirin ən yaxın günlərdə İcmalar Palatasında elan olunacağı gözlənilir.

Mühafizəkar deputatlar artıq onun yeganə namizəd olduğunu təsdiqləyiblər.

Xəbər verilir ki, kral III Karlın Sunakı elə bu həftə baş nazir təyin edəcəyi gözlənilir.

Milyarderin kürəkəni

42 yaşlı Sunak Britaniyanın ilk Asiya əsilli baş naziri olacaq. Onun hindli valideynləri Britaniyaya şərqi Afrikadan 1960-cı illərdə mühacirət ediblər.

Onlar tibb və əczaçılıq sahələrində çalışırdılar. Sunak əvvəlcə nüfuzlu özəl orta məktəbdə təhsil alıb, sonra təhsilini Oksford və Stenford universitetlərində davam etdirib. Gələcək həyat yoldaşı, Hindistan milyarderinin qızı Akşata Murti ilə də tələbəlik illərində tanış olub.

Sunak təhsilini başa vurduqdan sonra Goldman Sachs investisiya bankında işləyib. Hazırda cütlük Britaniya zənginlərinin siyahısında 222-cidir.

'Bellingcat' güllələnmə videosu ilə bağlı araşdırmasını açıqladı
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

Sunak 2015-ci ildə İcmalar Palatasına deputat seçilib. O 2017 və 2019-cu illərdə artan nəticələrlə yenə də deputat seçilib.

O 2016-cı ildə Britaniyanın Avropa İttifaqından çıxmasına – Breksitə səs verib. Sunak 2019-cu ildə Tereza Meyin istefasından sonra Boris Consonun baş nazir vəzifəsinə namizədliyini dəstəkləyib.

Consonun qələbəsindən sonra Sunak Britaniya xəzinədarlığının baş katibi, 2020-ci ildə isə maliyyə naziri təyin olunub.

Uğurları və ittihamlar

Ekspertlərin qiymətləndirməsinə görə Sunak maliyyə naziri vəzifəsində Britaniyanı COVID-19 pandemiyasından uğurla keçirib.

O həmin dövrdə bağlanmış restoranların sahiblərinə müavinət verilməsini və iş yerlərinin saxlanmasını təmin edə bilib.

Sunak 2022-ci ilin iyulunda Boris Consonun iqtisadi siyasəti ilə razılaşmadığına görə istefaya gedib.

Tənqidçiləri bildirirlər ki, onun istefası Conson hökumətinin iflasına səbəb olan əsas faktor olub.

Gürcüstan və Ermənistan Azərbaycandan öndə
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Məhz buna görə də bir çox mühafizəkarlar onu Consona “xəyanətdə” ittiham edirlər.

Öz tərəfdarlarının gözündə isə Sunak iqtisadiyyatın sükanından yapışmış möhkəm əldir.

O Liz Trassın 2022-ci ildə irəli sürdüyü iqtisadi islahatları “nağıl” adlandırmışdı. Sunak əslində bu islahatların iqtisadi böhrana səbəb olacağını düzgün proqnozlaşdırmışdı.

Rəğbət leyboristlərə keçir?

Ötən yay Sunak Trass da daxil daha 6 namizədlə ölkə baş nazirliyi uğrunda yarışa qatılmışdı.

O final turunda mühafızəkar deputatların 42.6 faizinin, Trass isə 57.4 faizinin dəstəyini qazana bilmişdi.

Bu nəticələrə Sunakın arvadının vergilərdən yayınmasına dair iddialar, onun özünün isə pandemiya dövründə baş nazirin içki məclislərində iştirak etməsi faktı təsir göstərmişdi.

YouGov mərkəzinin Liz Trassın istefasından sonra keçirdiyi rəy sorğusuna görə respondentlərin 43 faizi Sunakın yaxşı, 40 faizi isə pis baş nazir olacağını deyib.

Bu da qeyd olunur ki, rəyi soruşulanların əksəriyyəti bildirirdilər ki, onlar hər hansı mühafizəkar namizəddənsə baş nazir postunda müxalif Leyborist Partiyasının lideri Kir Starmeri görmək istərdilər.

Liz Trass baş nazir postunda cəmi 44 gün qala bilib. Bu, Brirtaniya baş nazirlərinin tarixində rekord qısa müddətdir.

O Marqaret TetçerTereza Meylə birlikdə Britaniyanın üç qadın baş nazirindən biri idi.

XS
SM
MD
LG