Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:55

ABŞ Senatı Türkiyəyə F-16 satışına məhdudiyyəti qaldırıb


Türkiyə hərbi hava qüvvələrinin F-16 təyyarələri
Türkiyə hərbi hava qüvvələrinin F-16 təyyarələri

Ankara Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alandan sonra Türkiyənin ABŞ-dan silahlar almasında çətinliklər yaranıb

ABŞ Senatında Türkiyəyə F-16 qırıcılarının satışını məhdudlaşdıran iki qanun düzəlişi ləğv olunub.

Bu düzəlişlər 2023-cü il üçün ABŞ Müdafiə Büdcəsinin layihəsinə əlavə edilmişdi.

Xəbər verilir ki, 2023-cü ilin müdafiə büdcəsinə şərtlər oktyabrın 11-də ləğv olunub.

Daily Sabah saytı yazır ki, Müdafiə Büdcəsi haqqında qanun tamamalandıqdan sonra sənəd Nümayəndələr Palatası versiyası ilə birləşdiriləcək və bundan sonra təsdiq olunmaq üçün prezident Co Baydenə göndəriləcək.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının xarici məsələlər üzrə sədr müavini Efkan Alanın başçılığı altında nümayəndə heyəti F-16 qırıcıları ilə bağlı məsələnin müzakirəsi üçün bu yaxınlarda Vaşinqtona səfər etmişdi.

Bob Menendez və başqaları

ABŞ Konqresində bəzi fiqurlar, məsələn Senatın Xarici Əlaqələr Komirəsinin sədri Bob Menendez bu qırıcıların Türkiyəyə satışını bloklamaq istəyirdilər.

Türkiyə rəsmiləri bundan əvvəl bildirmişdilər ki, Vaşinqton Türkiyəyə F-16-ların satışına dair vədinə əməl etməsə, Ankara Rusiya kimi başqa ölkələrə müraciət edə bilər.

Bu yaxınlarda ABŞ millət vəkilləri tərəfindən qəbul olunmuş qanun Türkiyəyə Lockheed Martin şirkətinin istehsalı olan F-16 qırıcı təyyarələrinin satışına əngəl yaradırdı.

İranda polislər etirazçı qadınları döyür
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

Nümayəndələr Palatasının iyul ayında qəbul etdiyi qanunvericilik aktında deyilirdi ki, bu qırıcıların Türkiyəyə satışına yalnız Co Bayden administrasiyası belə bir satışın ABŞ-ın təhlükəsizlik maraqlarına gərəkli olduğunu təsdiq edərsə mümkün ola bilər.

Sözü gedən qanunvericilik aktı bu təyyarələrdən Yunanıstan üzərində “icazəsiz uçuşlar” üçün istifadəni qadağan edirdi.

Bayden söz vermişdi

Co Bayden bildirmişdi ki, o millət vəkillərini Türkiyəyə F-16 satışının zəruriliyinə inandırmağa çalışacaq.

Türkiyə ötən ilin oktyabrında ABŞ-dan 40 ədəd F-16 qırıcı və özünün hərbi hava donanmasının təzələnməsi üçün 80 ədəd avadanlıq almaq niyyətində olduğunu bildimişdi.

Türkiyə bu sazişə görə 6 milyard dollar ödəmişdi.

ABŞ Müdafiə Büdcəsi Qanununun yekunlaşdırılması uzun prosesdir və indi Senat bununla əlaqədar prezident Baydenə ayrıca müraciət hazırlamalıdır.

Sözü gedən qanuna indiki düzəlişlər narahatlıq doğurur, amma prezident bu qanunvericilik təşəbbüslərinə veto qoymaq səlahiyyətinə malikdir.

Ankara Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alandan sonra Türkiyənin ABŞ-dan silahlar almasında çətinliklər yaranıb.

S-400 sistemlərinə görə Türkiyə ABŞ-ın F-35 təkmil qırıcı təyyarə layihəsindən çıxarılıb.

XS
SM
MD
LG