Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:30

Dnestryanıda indi də dron hücumlarından danışırlar


Dnestryanıda Rusiya əsgəri
Dnestryanıda Rusiya əsgəri

“Dronlar Dnestryanı əraziyə Ukraynadan buraxılıb”, – məlumatda vurğulanır

Moldovanın separatçı Dnestryanı regionundan separatçı rejim Rusiyanın sursat deposu yerləşən kəndin üzərində Ukraynadan dronlar uçduğunu, sonra atəş açıldığını iddia edir.

“Ötən gecə Kobasna kəndi üzərində səmada bir neçə dron görünüb”, – qondarma rejimin “daxili işlər nazirliyi” vebsaytında bildirib.

“Dronlar Dnestryanı əraziyə Ukraynadan buraxılıb”, – məlumatda vurğulanır.

Moldova prezidenti ölkədə təxribat törədildiyini deyir
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

“Terror hücumları”, “ciddi narahatlıq”

Bu iddianı müstəqil təsdiqlətmək mümkün olmayıb. Son günlər separatçı rejim gah radio qüllənin vurulduğunu, gah separatçı hərbi bölməyə hücum olduğunu, gah da qondarma “dövlət təhlükəsizliyi nazirliyi” binasına yönəlik partlayışlar törədildiyini iddia edib.

Dnestryanı rəsmiləri bu insidentləri “terror hücumları” adlandırıb, Kreml isə onların “ciddi narahatlıq” yaratdığını deyib. Bütün bunlar qonşu Ukraynadakı müharibənin Moldova ərazisinə keçəcəyi ehtimalına yol açır.

1992-ci ildə Moldova ilə Dnestryanı qısamüddətli müharibə aparıb. Rusiya qüvvələri separatçılar tərəfdən müdaxilə edərək müharibəni dayandırıb. Münaqişədə minədək adam öldürülüb.

Rusiya rəsmisi: Moldova ilə quru əlaqəsi yaratmaq strateji məqsəddir
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Kobasna deposu

Ukrayna sərhədinin iki kilometrliyində olan Kobasnada Şərqi Avropanın ən böyük sursat depolarından biri yerləşir.

Bu depoda sovet dövründən qalma 20 min ton sursatın olduğu bildirilir, onu 1500-dək Rusiya əsgəri qoruyur.

Moldova dəfələrlə Rusiyaya müraciət edib ki, 1999-cu ildə ATƏT sammitində verdiyi vədə əməl etsin, sursat deposunu boşaltsın, əsgərləri ərazidən evakuasiya etsin.

Bu deponu qoruyan əsgərlərdən başqa Rusiyanın Dnestryanıda sülhməramlı adı altında daha 400-500 əsgər saxlayır.

Moldova Prezidenti Maya Sandu Dnestryanıdakı insidentlərdən sonra vətəndaşları sakit olmağa, təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb.

ABŞ-ın Müdafiə naziri Lloyd Ostin deyib ki, Birləşmiş Ştatlar Moldovadakı “partlayışların səbəbini hələ də təhlil edir”.

XS
SM
MD
LG