Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:04

Rusiya Ukraynaya görə Britaniyaya xəbərdarlıq edir      


Britaniya baş naziri Boris Conson və Ukrayna prezidneti Volodimir Zelenski Kiyev küçələrində
Britaniya baş naziri Boris Conson və Ukrayna prezidneti Volodimir Zelenski Kiyev küçələrində

Bu bəyanat Britaniya müdafiə nazirinin ordu üzrə müavini Ceyms Hippinin açıqlamasına cavab olaraq verilib

Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, əgər Ukrayna Londonun “təxribatları” üzündən Rusiya ərazisinə zərbələr endirərsə, Kiyevdəki “qərar qəbuletmə mərkəzlərinə” hücum edilə bilər.

Bu bəyanat Britaniya müdafiə nazirinin ordu üzrə müavini Ceyms Hippinin açıqlamasına cavab olaraq verilib.

Hippi Ukraynanın Qərb silahları ilə Rusiya ərazisinə mümkün zərbələrini “qanuni” adlandırmışdı.

Ceyms Hippi demişdi ki, Ukrayna belə zərbələri ölkəyə hücum edən Rusiya qüvvələrinin “təchizat zəncirini qırmaq” məqsədi ilə endirir.

Onun sözlərinə görə əks halda Rusiya qüvvələrinin Ukrayna torpağında daha çox dağıntı törətmək və qan axıtmaq imkanı olacaq.

Britaniyanın silahlı qüvvələr naziri izah etmişdi ki, hədəfləri silahların istehsalçıları və təchizatçıları deyil, Ukraynanın özü seçir.

Hippi xatırlatmışdı ki, eyni dərəcədə Rusiyanın qərbi Ukraynada analoji hədəflərə endirdiyi zərbələr də “legitimdir”, çünki bu, “müharibənin bir hissəsidir”.

Rusiya əvvəllər də hədələyib

Rusiya Müdafiə Nazirliyi Hippinin bu sözlərini “təxribat” kimi qiymətləndirdiyini bildirib və deyib ki, Ukrayna belə hərəkətlərə yol verərsə, buna tam simmetrik cavab veriləcək:

"Rusiyanın silahlı qüvvələri Kiyevin belə qərarlar qəbul edilən mərkəzlərinə sutka ərzində uzaqvuran dəqiq silahlarla zərbə endirməyə hazırdır”.

Nazirlik əlavə edib ki, Rusiyanı, Kiyevin belə mərkəzlərində həmin vaxt hər hansı Qərb ölkəsi nümayəndələrinin olması da dayandırmayacaq.

Rusiya Ukraynanın “qərarlar qəbul edilən mərkəzlərinə” zərbələr endirməklə bundan əvvəl də hədələmişdi.

Lakin bu obyektlərdə xarici hərbi müşavirlərin olması dəqiq məlum deyil.

Aprelin 25-də Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov ərazinin Ukrayna tərəfindən atəşə tutulduğunu bildirmişdi. O vaxt xəsarət alan olmamış, bir neçə qeyri-yaşayış binası dağılmışdı.

Rusiya aprelin 15-də NATO-nun Ukraynaya silahlar verməsinin “əvvəlcədən bəlli olmayan nəticələrə” səbəb olacağı barədə ABŞ-a nota vermişdi.

XS
SM
MD
LG