Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:36

Qazaxıstan Rusiya və Belarusa qarşı sanksiyalara əməl edəcək


Qazaxıstanda Ak Orda prezident sarayı
Qazaxıstanda Ak Orda prezident sarayı

Qazaxıstan Rusiya ilə, sanksiyaları pozmadan əməkdaşlığa imkan verən qanun layihəsi üzərində işləyir

Qazaxıstan Rusiyaya, onun üzərinə Ukraynaya hücuma görə qoyulmuş Qərb sanksiyalarından yayınmaqda kömək etməyəcək.

Euractiv news saytına müsahibəsində Qazaxıstan prezidenti administrasiyası rəhbərinin müavini Timur Suleymenov əlavə edib ki, onun ölkəsi buna baxmayaraq Rusiya ilə Avrasiya İttifaqı çərçivəsində əməkdaşlığını davam etdirəcək.

Onun sözlərinə görə, Qazaxıstan Rusiyaya investisiyaların qoyulmasını və bu ölkədən investisiyaların cəb edilməsini davam etdirəcək.

Suleymenov deyib ki, onun ölkəsi iqtisadi baxımdan bu bağları kəsə bilməz, amma sanksiyalanmış mallara nəzarət olunacaq:

"Biz hər hansı sanksiyalanmış şəxsin və ya vahidin Qazaxıstana investisya yatırmamasına nəzarət üçün əlimizdən gələni edəcəyik. Biz bunu avropalılara açıq şəkidə bildirmək istəyirik”.

“Bir səbətdə olmaq riski”

Rəsmi bildirib ki, Qazaxıstan Rusiya ilə, sanksiyaları pozmadan əməkdaşlığa imkan verən qanun layihəsi üzərində işləyir.

Qazaxıstan Rusiyanın ən böyük ticarət partnyorlarından biridir və bu ölkə ilə 7600 kilometrlik sərhədi var.

Qazaxıstan hökuməti 2014-cü ildə Krım ilhaq olunandan və Donbasda separatçı münaqişə başlanandan bəri Rusiyaya narahatlıqda göz qoyur.

Ayrı-ayrı vaxtlarda bir sıra Rusiya rəsmiləri Qazaxıstana “tarixi ərazi iddiaları” səsləndiriblər. Bu cür iddiaları ilk dəfə dilə gətirən prezident Vladimir Putin olsa da, rəsmi Moskva Qazaxıstana heç bir ərazi iddiasının olmadığlnı bildirir.

Suleymenov müsahibəsində deyib ki, Qazaxıstan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir, Krımın ilhaqını, Ukrayna ərazisindəki qondarma separatçı əraziləri tanımır:

"Qazaxıstan bu münaqişənin iştirakçısı deyil. Bəli biz Avrasiya İqtisadi İttiifaqının üzvüyük, lakin müstəqil dövlət kimi öz sistemimiz var və Rusiya və Belarus üzərinə qoyulmuş sanksiyalara əməl edəcəyik. Biz onlarla eyni səbətə qoyulmaq riskinə girmək istəmirik”.

Rusiyanın təşəbbüsü ilə Avropa İttifaqına alternativlik iddiası ilə yaradılmış Avrasiya İqtisadi İttifaqına Rusiyadan başqa, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan daxildir.

XS
SM
MD
LG