Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:47

Ukrayna qoşunlarının fəallaşdığına dair xəbərlər də var


Xarkov yaxınlığılnda məhv edilmiş karvanının bir hissəsi
Xarkov yaxınlığılnda məhv edilmiş karvanının bir hissəsi

Pentaqon sözçüsü bildirir ki, Rusiya qoşunlarının demək olar bütün istiqamətlərdə hücum sürəti azalıb

Ukrayna qüvvələri son günlərdə Rusiya müdaxiləçilərinə qarşı döyüşlərdə təşəbbüsü ələ ala bilib.

CNBC yazır ki, bu barədə açıqlamanı Pentaqon verib.

ABŞ Müdafiə Nazirlyinin sözçüsü Con Körbi martın 22-də CNN-ə deyib ki, Ukrayna qoşunları cəbhə xəttinin bəzi hissələrində dönüşə nail olublar və hətta əks-hücuma keçə biliblər.

Körbi Ukraynanın Mikolayev şəhəri barəsində danışarkən deyib:

“Onlar rusları bundan əvvəl olduqları mövqelərdən çıxarırlar. Biz belə bir halın son bir neçə gündə artdığını müşahidə edirik”.

Rusiya qoşunlarının çətinlikləri

Lakin Körbi Ukrayna tərəfinin bir qəsəbənin geri alındığına və bir neçə qəsəbənin da geri alınacağına dair iddialarını şərh etməyib.

Hərçənd sözçü bildirib ki, bu açqılamalar son zamanlar davam edən döyüşlər barədə məlumatlara uyğun gəlir.

Con Körbi habelə Qərb təhlilçilərinin Rusiyanın hücumunun ümumən divara dirəndiyinə dair mülahizələrini təkrar edib.

O Rusiya qoşunlarının üzləşdikləri çətinliklərdən söz açıb:

“Onların yanacağı qurtarır. Ərzağı qurtarır. Onlar ayrı-ayrı hücumlarını müasir müharibələrdə göründüyü kimi bir əməliyyata inteqrasiya edə bilmirlər”.

Əks-hücum xəbəri

Körbi bildirib ki, Rusiya komandanları arasında bəzi hallarda rabitə demək olar yoxdur. Bir çox hallarda isə onlar bir-birləri ilə kommuniskasiya üçün adi mobil şəbəkələrdən istifadə edirlər.

Sözçü habelə deyib ki, Rusiya qoşunlarının demək olar bütün istiqamətlərdə hücum sürəti azalıb:

“Onların sürəti azalıb və bu, əsasən qoşunların səriştəsizliyi ucbatından baş verir”.

CNBC yazır ki, adının çəkilməsini istəməyən Pentaqon rəsmilərindən biri Ukrayna qoşunlarının Xarkovun cənub-şərqindəki kiçik İzyum şəhərinə əks-hücuma keçdiyini deyib.

İzyum Donbas rayonundakı əsas yolun üstündə yerləşir. Rusiya qoşunları şimal-şərq və cənub-şərqdəki qüvvələrini birləşdirmək üçün bu yola nəzarət etməyə çalışırlar.

Həmin rəsmi bildirib ki, Rusiya hərbçiləri bir sıra ərazilərdə şaxtalı havalara görə döyüşə bilmirlər.

Zelenski: Putinin hədəfi təkcə biz yox, Avropadır
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

Ukraynada Rusiya xüsusi dəstəsinin məhv edildiyi xəbər verilir

Ukraynada davam edən müharibədə Xarkov yaxınlığında Rusiyanın xüsusi təyinatlı birliyi - SOBR-un bir neçə yüksək rütbəli zabitinin həlak olduğu xəbər verilir.

Bu barədə informasiyanı Mediazona saytı sosial şəbəkə və kütləvi informasiyadakı materiallara, habelə mənbələrdən alınan məlumatlara əsasən yayıb.

Mediazona xəbər verir ki, Rusiyanın Vladimir şəhərində bugünlərdə SOBR-un yerli dəstəsinin 4 zabiti dəfn edilib.

Onlardan üçünün podpolkovnik, birinin isə polkovnik olduğu xəbər verilir.

Mediazona yazır ki, bu barədə məlumat əvvəlcə yerli mediada dərc olunsa da, xəbərlər dərhal redaktə edilib və mətndəki adlar çıxarılıb.

Sayt bildirir ki, zabitlər çox güman Xarkov yaxınlığında həlak olublar.

Bütün dəstənin həlak olduğu deyilir

Bu da xəbər verilir ki, martın 5-də Ukrayna Telegram-kanalları məhv edilmiş Rusiya hərbi texnika karvanını görüntüləyən videolar yaymışdılar.

Videolarda dağılmış bir neçə yük maşını, ətrafa səpələnmiş dəbilqə və qalxanlar görünürdü.

Məhv edilən maşınlar arasında dustaq avtofurqonları da vardı.

Xəbər verilir ki, həmin gün Vladimirdən olan iki fəal – Kirill İşutinKirill Alekseyev yerli polisdə dindirilmişdilər.

Onların sözlərinıə görə polislər bu videoaları müzakirə edirdilər. Onlar məhv edilmiş OMON maşınlarını tanımışdılar.

Alekseyevin sözlərinə görə sözü gedən dəstədəkilərin hamısı həlak olub.

Fəal bildirir ki, polislər matəm əhval-ruhiyyəsində idilər.

Mediazonanın mənbələri Vladimir SOBR-unun həlak olmuş zabitlərinin adlarını təsdiq ediblər.

Onların martın 3-də Xarkov yaxınlığında öldükləri bildirilir. Ümumilikdə isə bu dəstədəki azı 40 hərbçinin tamamilə həlak olduğu deyilir.

Rusiya əsgərlərinin cəsədlərini toplayıb əsirlərə dəyişmək istəyirlər
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

Rusiyanın susqunluğu

Rusiya Müdafiə Nazirliyi Ukrayna müharibəsində itkilərini etiraf etsə də, tam rəqəmləri açıqlamır.

Nazirlik martın əvvəlində Ukraynada 498 Rusiya hərbçisinin həlak olduğunu xəbər vermişdi.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında Rusiya tərəfinin itkilərinin azı 15 min nəfər olduğu bildirilir.

Qərb kəşfiyyatları da bu rəqəmin 10 mindən çox ola biləcəyini təxmin edirlər.

Martın 21-də “Komsomolskaya pravda” qəzeti itkilərin 10 min nəfərə yaxın olduğunu göstərən xəbər dərc etmişdi. Lakin xəbər dərhal redaktə olunmuş, rəqəmlər mətndən çıxarılmışdı.

Martın 22-də qəzetin redaksiyası guya haker hücumuna məruz qaldığını və bu rəqəmlərin də materiala hakerlər tərəfindən salındığını iddia edib.

Ukrayna rəsmiləri müharibə başlanandan bəri Ukrayna ərazisində 10-dək Rusiya generalının həlak olduğunu xəbər verirlər.

Rusiya tərəfi hələlik yalnız Andrey Suxovetskinin və Qara dəniz hərbi donanması komandanının müavini Andrey Paliyanın həlak olduqlarını təsdiq edib.

XS
SM
MD
LG