Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 18:19

«Barmek»lə təhvil-təslim prosesində həll olunmayan bir məsələ qalır»


«Barmek» noyabrın 7-dən rəsmən fəaliyyətini dayandırıb
«Barmek» noyabrın 7-dən rəsmən fəaliyyətini dayandırıb
«Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyətlə «Bakıelektrikşəbəkə» və «Sumqayıtelektrikşəbəkə»nin təhvil-təslim prosesində hələ həll olunmayan bir məsələ qalır. Bu da yığılmayan və ödənilməyən elektrik borclarıdır». İqtisadi İnkişaf nazirinin müavini Mikayıl Cabbarov dekabrın 6-da jurnalistlərə belə deyib. Onun sözlərinə görə, bu məsələdə «Barmek»lə Azərbaycan hökumətinin fikirləri üst-üstə düşmür: «Barmek» hesab edir ki, şirkətin istehlakçılardan yığa bilmədiyi elektrik enerjisi haqlarını indiki elektrikpaylama şəbəkələri toplamalıdır. Şirkətin «Azərenerji» qarşısındakı borcu isə elə bu vəsaitlər hesabına ödənilməlidir. Azərbaycan hökuməti isə düşünür ki, bu, tərəflər arasında imzalanan müqaviləyə, iş prinsiplərinə uyğun deyil».

«Barmek»lə Azərbaycan hökuməti arasında imzalanan müqaviləyə əsasən, şirkət «Azərenerji»dən aldığı elektrik enerjisinin haqqını beş il ərzində mərhələlərlə, 2006-cı ildə isə 100 faiz ödəməyi öhdəsinə götürüb. Mikayıl Cabbarov isə vurğulayır ki, bu o demək deyil ki, istehlakçılardan yığılıb qalan məbləğ həmişəlik «Barmek»in hesabına keçməlidir. Nazir müavini bildirib ki, bu məsələlər ümumi bir sənəd şəklində toplanandan sonra məhkəməyə təqdim olunacaq.


XS
SM
MD
LG