Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:38

İlham Əliyev Vladimir Putinə zəng vurub


Putinlə Əliyev Ukrayna-Rusiya çəkişməsini müzakirə edir
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Putinlə Əliyev Ukrayna-Rusiya çəkişməsini müzakirə edir

Məlumata görə, telefon söhbəti zamanı Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olunub, strateji tərəfdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib

Yanvarın 18-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyanın Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, telefon söhbəti zamanı Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olunub, strateji tərəfdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib:

"Dövlət başçıları son vaxtlar Rusiya-ABŞ arasında təmaslar, Qazaxıstanda vəziyyətin sabitləşməsi ilə bağlı məmnunluq ifadə ediblər, Ukrayna ətrafında gedən proseslər müzakirə olunub. Azərbaycan və Rusiya prezidentləri regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar."

Xatırlatma

Bu il yanvarın 3-də Qazaxıstanda maye qazın qiymətinin iki dəfə artırılması kütləvi etirazlara səbəb oldu. Ölkədə toqquşmalar müşahidə edildi.

Rəhbərliyin dəvəti ilə Qazaxıstana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) başda Rusiya olmaqla silahli birlikləri yeridildi.

Bu hadisələrdə 250 civarında şəxsin həlak olduğu, minlərlə şəxsin xəsarət aldığı açıqlanıb. KTMT-ya Rusiyadan başqa Qazaxıstan, Belarus, Ermənistan və Qırğızıstan daxildir.

2014-cü ildə Rusiyanın Ukrayna ərazisinin bir hissəsi ilhaq etdiyi bildirilir.Bu da Rusiyaya qarşı sanksyaların tədbiqinə səbəb olub.

XS
SM
MD
LG