Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:43

ABŞ-da əhali artımı ən aşağı həddə


ABŞ-da koronavirus testi vermək üçün növbə
ABŞ-da koronavirus testi vermək üçün növbə

Birləşmiş Ştatlarda əhali artımı son yeddi ildə azalan xətt üzrə gedirdi, ancaq pandemiya dövründə düşüş daha da sürətlənib

Koronavirus pandemiyasının birinci ilində ABŞ-da əhali artımı ən aşağı həddə düşüb. Buna immiqrasiyanın azalması, hamiləliklərin təxirə salınması, COVID-19-dan dolayı yüzminlərlə ölüm səbəb göstərilir.

ABŞ Siyahıyaalma Bürosunun dekabrın 21-də açıqladığı rəqəmlərə görə, 2020-ci ilin iyulundan 2021-ci ilin iyulunadək əhali cəmi 0.1 faiz, yaxud 392 min 665 nəfər artıb.

Bu artımla ölkə əhalisinin sayı 331 milyon 850 min nəfərə çatıb.

Əhali artımı azalırdı, amma...

Birləşmiş Ştatlarda əhali artımı son yeddi ildə azalan xətt üzrə gedirdi, ancaq pandemiya dövründə düşüş daha da sürətlənib.

“Aşağı artım gözləyirdim, amma bu qədər aşağı yox”, – Brukinqz İnstitutunun aparıcı əməkdaşı Uilyam Frey AP-yə deyib.

“Bu, pandemiyanın bizə müxtəlif yollarla, indi də demoqrafiya ilə böyük təsir göstərdiyini üzə çıxarır”, – o, sözlərinə əlavə edib.

“Əhalimiz qocalır, bu isə uşaq doğmaq yaşında olan qadınların azalması deməkdir. Gənclərin övlad sahibi olmağı ertələdiyini görürük, onların daha az uşağı olacaq”, – Frey vurğulayıb.

COVID-19 qadağaları sözügedən dövrdə beynəlxalq miqrasiyanın bir il öncəylə müqayisədə yarıbayarı azaldıb.

XS
SM
MD
LG