Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 10:25

Bayden: Putinə açıq şəkildə bildirdim ki, Ukraynaya hücum etsə onun iqtisadiyyatı üçün nəticələr dağıdıcı olacaq


Co Bayden, 11 dekabr 2021
Co Bayden, 11 dekabr 2021

Rusiya təcavüz edəcəyi halda Amerika qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü məsələsinə gəlincə, Bayden deyib ki, bu “heç vaxt müzakirə olunmayıb”...

ABŞ prezidenti Bayden şənbə günü təbii fəlakətlə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib ki, dekabrın 8-də onlayn görüş zamanı Putinə xəbardarlıq edib:

Rusiya Ukraynaya hücum edərsə, bunun “dəhşətli qiymətini” ödəməli olacaq.

"Amerikanın Səsi"nə görə, ABŞ prezidenti aydınlaşdırıb ki, o, Rusiya üçün sarsıdıcı olacaq iqtisadi nəticələrdən danışır.

“Mən prezident Putinə tamamilə açıq şəkildə bildirdim ki, o, Ukraynaya hərəkət edərsə, onun iqtisadiyyatı üçün iqtisadi nəticələr dağıdıcı olacaq”.

Bu yaxınlarda Putinlə iki saat videobağlantı vasitəsilə danışan Bayden xatırladıb ki, o, Rusiya liderinə Ukraynanı işğal etsə, Rusiyanın dünyadakı mövqeyinin “köklü” şəkildə dəyişəcəyini açıqlayıb.

Rusiyanın işğalı halında Amerika qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü məsələsinə gəlincə, Bayden deyib ki, bu “heç vaxt müzakirə olunmayıb”, buna baxmayaraq ABŞ və NATO-dan müttəfiqləri gücləndirmək və qorumaq üçün alyansın şərq cinahlarına əlavə qüvvələr göndərmələri tələb olunur.

Öz növbəsində həftəsonu Liverpulda Ukraynaya mümkün təcavüz məsələsini müzakirə edən Böyük Yeddilik (G7) dövlətlərinin xarici işlər nazirləri də Rusiyaya oxşar xəbərdarlıq edərək Moskvanı danışıqlar stolu arxasına qayıtmağa çağırıblar.

Ukrayna Rusiyanı sərhədlərinə çoxlu sayda hərbi qüvvələr yığmaq və mümkün genişmiqyaslı hücum etmək planı hazırlamaqda ittiham edir.

Moskva isə ittihamları təkzib edir, hər hansı hücum planı hazırlamadığını bildirir. Əksinə Kiyev və Vaşinqtonu vəziyyəti gərginləşdirməkdə ittiham edir.

Moskva NATO-nun hərbi infrastrukturunun sərhədlərinə yaxınlaşması qarşısında öz təhlükəsizliyinin təminatına ehtiyacı olduğunu bildirir.

XS
SM
MD
LG