Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:42

Qlobal istiləşmədə 1.5°C ilə 2°C-nin fərqi


Qlazqoda etiraz aksiyası
Qlazqoda etiraz aksiyası

İstiləşmə 4°C-yə yüksələrsə, hər on ildə 9.4 dəfə qızmar isti yaşana bilər

Qlazqoda BMT-nin iqlim sammitində dünya liderləri qlobal istiləşməni 1.5 dərəcə Selsiyə salmağın vacibliyini dönə-dönə vurğulayıblar. 2015-ci il Paris Razılaşması ölkələr qarşısında qlobal orta temperatur artımını 2°C-dən salmaq, 1.5°C-ni hədəf götürmək öhdəliyi qoyur.

Alimlər deyirlər ki, bu həddi keçmək iqlim dəyişikliyinin insanlara, təbiətə, ekosistemlərə təsirini kəskinləşdirər.

Son 40 il

Bunu önləməkdən ötrü 2020-cu iləcən qlobal CO2 emissiyalarını 2010-cu ildəki səviyyədən yarıbayarı azaltmaq, 2050-ci iləcən sıfırlamaq tələb olunur.

“Reuters” agentliyi qlobal istiləşmədə 1.5°C və 2°C-nin fərqini alimlərdən soruşub.

Hazırda dünyanın temperaturu sənaye inqilabından əvvəlki səviyyədən 1.1°C yuxarıdır. Son 40 ilin hər dekadası əvvəlkindən daha isti keçib.

“Yalnız bir neçə dekadaya belə qlobal istiləşmə görünməmişdi. Yarım dərəcə daha kəskin hava deməkdir, bu, daha-tez, daha intensiv, daha uzunmüddətli ola bilər”, – Almaniya İqlim Xidməti Mərkəzindən Daniela Jeykob deyib.

Bu il Çində, Qərbi Avropada leysan yağışlar yüzlərlə insanın həyatına son qoyub. Qrenlandiyada kütləvi ərimə başlayıb, Aralıq dənizi zonası və Sibirdə meşə yanğınları güclənib, Braziliyanın bəzi yerləri rekord quraqlıq görüb.

Türkiyədə quraqlıq fermerlərə ciddi ziyan vurub
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

İsti dalğaları

İstiləşmənin 1.5°C-yə çatıb onu keçməsi isə təsirləri artıra bilər.

“Qlobal istiləşmənin hər vahid artması kəskin dəyişikliklərin böyüməsi deməkdir”, – ETH Sürix Universitetində iqlimşünas alim Sonya Seneviratne deyib.

Məsələn, isti dalğaları daha tez-tez, daha qızmar gələ bilər.

İnsan müdaxiləsi olmayan iqlim şəraitində hər dekadada bir dəfə baş verən qızmar isti dalğası 1.5°C istiləşmə olan dekadada 4.1 dəfə, 2°C istiləşmədə isə 5.6 dəfə başa verə bilər. Bunu BMT-nin iqlim paneli (IPCC) hesablayıb.

İstiləşmə 4°C-yə yüksələrsə, hər on ildə 9.4 dəfə qızmar isti yaşana bilər.

Atmosferin istiləşməsi nəmişliyin artması deməkdir. Bu isə daşqın riskini artıran leysan yağışlara səbəb olar. Buxarlanma güclənəndə isə quraqlıq da artır.

Okeanlar, buzlaqlar

1.5°C və 2°C arasındakı fərq planetdəki okeanlar, buzlaq zonaları üçün də vacibdir.

“1.5°C-də Qrenlandiyanın, qərbi Antarktidanın buz örtüyünün böyük hissəsini xilas edə bilərik”, – Pensilvaniya Universitetindən iqlimşünas alim Maykl Mənn söyləyib.

Bu halda əsrin sonunadək dəniz səviyyəsinin qalxması da məhdudlaşdırıla bilər.

Ancaq istiləşmənin 2°C-ni keçməsi buz örtüklərinin məhvi deməkdir, dəniz səviyyəsi 10 metrədək qalxa bilər, amma bunun hansı sürətlə baş verəcəyini demək çətindir, Mənn bildirib.

2°C-dək istiləşmənin ərzaq istehsalına da təsiri böyük ola bilər. Dünyanın buğda becərilən bir sıra yerlərində məhsul qıtlığı yaranarsa, “ərzaq kəskin bahalanar, dünyada aclığın miqyası artar”, – London Universitet Kollecindən Simon Luis deyib.

Daha isti dünya ağcaqanadların malyariya və qızdırmanı daha böyük əraziyə yayması deməkdir. 2°C istiləşmədə isə böcəklərin payı artacaq, heyvan məskənləri azalacaq.

XS
SM
MD
LG