Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 13:21

G20-də sənəd təsdiqlənib: istək ofşorlarda vergidən yayınmanın qarşısını almaqdı


İtaliya- G20 sammiti, 2021
İtaliya- G20 sammiti, 2021

Dünyanın iyirmi böyük iqtisadiyyatının liderləri iri  korporasiyaların qazanc vergisi haqqında beynəlxalq müqaviləni - ən azı 15% məbləğində təsdiqləyib.

BBC -nin yazdığına görə, bununla da "iyirmilik" ölkələri istəyirlər ki, transmilli şirkətlər ofşorlardakı gəlirlərini elan etməklə vergidən yayınmasınlar, əksinə daha çox vergi ödəsinlər.

ABŞ-ın ilk təklif etdiyi vergi yeniliyinin 2023-cü ilə qədər qüvvəyə minəcəyi gözlənilir.

G20 daxil olan dövlət başçılarından ikisi- Rusiya və Çin, Vladimir Putinlə Si Tsipin sammitə online videobağlantı ilə qoşulublar.

Məlumata görə, "Böyük iyirmilik" ölkələrinin ÜDM-i Dünya ÜDM-in 80% -ni təşkil edir.

ABŞ-ın maliyyə naziri Janet Yellen, imzalanan müqaviləni qlobal iqtisadiyyat üçün tarixi sənəd adlandırıb. ABŞ maliyyə naziri bildirib ki, Amerika müəssisələri və adi işçilər ümumiyyətlə ən böyük Amerika şirkətlərinin daha çox vergi ödəməli olacağına baxmayaraq, ümumiyyətlə faydalanacaqlar.

Bazar ertəsi, noyabrın 1-də Qlazqoda beynəlxalq iqlim konfransı açılacaq. Dövlət başçıları, elm adamları və fəallar enerji qənaət edən və "yaşıl" texnologiyalarını tanıtmaq üçün milli və beynəlxalq öhdəlikləri müzakirə edəcəklər.

G20 dövlət başçılarının iki günlük sammiti oktyabrın 30-da başlayıb.

XS
SM
MD
LG