Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 17:20

Paşinyan: 'Geri çəkilmək əmrini mən vermişəm'


Baş nazir Nikol Paşinyan oktyabrın 27-də parlamentdə müxalifət deputatlarının suallarına cavab verib.

Mümkündür ki, hansısa razılaşdırılmış üçtərəfli mətn hazırlansın...

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu bəyanatı oktyabrın 27-də xarici işlər naziri Ararat Mirzoyan Rusiya və Ermənistan mediasının noyabrın ilk ongünlüyündə Moskvada Paşinyan-Əliyev-Putin görüşünün keçiriləcəyinə və burada üçtərəfli bəyanatın imzalanacağına dair xəbərlərini şərh edərkən verib:

“Hər şeydən öncə demək istərdim ki, hazırda bu formatda görüşlər planlaşdırılmır. Müxtəlif formatlarda görüşlər barədə təkliflər müzakirə olunur. Ola bilsin ki, nəzərdə tutulan belə görüşlərin yekunu əsasında hansısa razılaşdırılmış mətn hazırlansın”.

Bundan əvvəl Alik Media saytı yazmışdı ki, ola bilsin, Yerevan və Bakı SSRİ baş qərargahının 1920-ci illərə aid xəritələri əsasında bir-birlərinin sərhədlərini və ərazi bütövlüyünü tanıyan sənəd imzalasınlar.

Sayt iddia edirdi ki, Rusiyanın vasitəçiliyi ilə imzalanacaq daha bir sənəd regional kommunikasiyaların blokadadan çıxarılmasına aid ola bilər.

Ararat Mirzoyan bu ehtimallarla bağlı daha sonra deyib:

“Haqqında söhbət gedən məzmunda iki sənədin imzalanması əlbəttə ki, nəzərdə tutulmayıb. Bağlı qapılar arxasında aparılan bütün danışıqlarda bizim mövqelərimiz siyasi komandamızın – Ermənistan baş nazirinin açıq şəkildə elan etdiyi mövqe ilə 100 faiz üst-üstə düşür”.

Müxalifətin şübhələri

Buna baxmayaraq müxalif Hayastan fraksiyasından deputat Armen Rustamyan Ermənistanın mühüm həyati məsələlərdə güzəştlərini nəzərdə tutan sənədin hazırlanmasından şübhələndiyini bildirib:

“Bu şübhənin əsası var, çünki belə bir presedent olub: 9 noyabrda mahiyyətcə təslimçi məlum sənəd imzalanıb və bu barədə nəinki ictimaiyyətin, heç respublika prezidentinin və xarici işlər nazirinin də xəbəri olmayıb”.

Oktyabrın 27-də parlamentdə keçirilən “hökumət saatı”nda bu barədə suala cavab verən baş nazir Nikol Paşinyan mövzudan yayınıb və müxalifət deputatları ilə deyişməyə başlayıb.

Bu mübahisələrin nəticəsində ən yaxın vaxtda millət vəkillərinin və baş nazirin iştirakı ilə qapalı iclas keçirilməsi barədə razılığa gəlinib.

Müxalifət fraksiyasının katibi Ayk Mamicanyan hakimiyyətin bu təklifinə atmaca ilə cavab verib:

““Şərəfim var” fraksiyası hazırkı anda Nikol Paşinyanın dəvətilə bir məsələni - onun istefasının mətnini müzakirə edə bilər”.

Ermənistan parlamentində insident
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

Ağdağ yüksəkliyi

Nikol Paşinyan parlamentdə etdiyi çıxış zamanı ermənilərin Pela adlandırdıqları Ağdağda mövqe dəyişikliyinin baş vermədiyini təsdiq edib.

Azərbaycan tərəfinin sərhədyanı Sünikdə Paylasar yüksəkliyi (Ağdağ – red) istiqamətində irəliləməsi ilə bağlı şayiələrə gəlincə, Paşinyan heç bir mövqe dəyişikliyi olmadığına dair Milli Təhlükəsizlik Xidmətinin məlumatına əsaslanıb və deyib ki, “2020-ci ilin dekabrından bizim sərhəd xidmətimiz əvvəlki mövqelərdə keşik çəkir”.

Bununla belə, bu barədə məsələni ilk dəfə qaldırmış Qafan meri izah edib ki, Ermənistan tərəfindən mövqe dəyişikliyi həqiqətən də ollmayıb, amma Ağdağ yüksəkliyindəki Rusiya sərhədçiləri naməlum səbəblərə görə ordan eniblər.

Müxalif Hayastan fraksiyasından deputat Geğam Manukyan bu mövzuda başqa suallar versə də, baş nazir onları cavabsız qoyub.

Manukyan bildirib ki, Paşinyanın sözlərinə görə 9 noyabr üçtərəfli bəyanatına uyğun olaraq qoşunlar Ağdağ yüksəkliyində dayanıblar. Deputat əlavə edib ki, Ermənistan qoşunları onsuz da orada idi.

“Bunu sizə yüz dəfə demişəm”

Ermənistan parlamentində bir gün əvvəl keçirilmiş qapalı iclasda 9 noyabr bəyanatından sonra Ermənistan qoşunlarının geri çəkilməsi barədə əmrin kim tərəfindən verildiyi məsələsi qaldırılmışdı.

Azatutyun yazır ki, müdafiə naziri Arşak Karapetyan oktyabrın 27-də tribunaya qalxıb, amma qoşunların geri çəkilməsinə şifahi və ya yazılı əmrin olub-olmamasından danışmayıb.

Nazir deputatlara müraciət edib:

“Sizin çoxsaylı komissiyalar təşkil etmək imkanınız var və bunu edirsiniz də. Xahiş edirəm bu sualı özünüzə verin. Müdafiə Nazirliyi elə bir təşkilat deyil ki, ağlınıza gələn sualı verəsiniz, biz də istədiyimiz cavabları verək”.

Daha sonra müxalifət deputatı Anna Qriqoryanın eyni sualına baş nazirin özü cavab verib:

“Bu qərar ona görə qəbul olunub ki, müharibə olmasın. Çünki mən əminəm ki, belə bir qərar qəbul olunmasaydı orada hərbi əməliyyatlar başlanardı və bizim Sünikdə doğrudan da problemlərimiz olardı. Mən sizə orda niyə dayandığımızı 100 dəfə demişəm...”

Deputat bunun ardınca dəqiqləşdirici sual verib:

“Yəni siz demək istəyirsiniz ki, qoşunların geri çəkilməsi əmrini verən şəxsin adı və soyadı Vaqarşak Arutyunyandır?”

Nikol Paşinyan bu suala belə cavab verib:

“Yox. Geri çəkilmək əmrini mən vermişəm. Vaqarşak Arutyunyan bu əmri yerinə yetirib”.

XS
SM
MD
LG