Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:25

Türkiyəni türkmən fəalları deportasiya etməməyə çağırırlar


İstanbulda türkmənlərin etiraz aksiyası, arxiv fotosu
İstanbulda türkmənlərin etiraz aksiyası, arxiv fotosu

HRW-nın oktyabrın 26-da axşam bildirdiyinə görə, hakimiyyət Rəhmanovu buraxıb. Onun bir neçə gündür aclıq aksiyası keçirdiyi deyilirdi

Human Rights Watch (HRW) insan haqları təşkilatı Türkiyəni iki türkmən fəalı Türkmənistana qaytarmamağa çağırıb. Qurum xəbərdarlıq edib ki, onların qanunsuz saxlanması və işgəncə görməsi riski var.

Oktyabrın 18-dən 22-dək Türkiyədə üç fəal saxlanıb. Əhməd Rəhmanov, Kamil Abulov Bayram Allalıyev İstanbulda immiqrasiya nəzarəti mərkəzində saxlanırlar. HRW təsdiqlənməmiş məlumatlara əsasən onların deportasiya oluna biləcəyini bildirir.

HRW-nın oktyabrın 26-da axşam bildirdiyinə görə, hakimiyyət Rəhmanovu buraxıb. Onun bir neçə gündür aclıq aksiyası keçirdiyi deyilirdi.

Təşkilat Türkiyə hakimiyyətini digər iki fəalı da dərhal azad etməyə, onları deportasiya etməməyə çağırıb.

Türkmən fəallara təzyiq artıb

Türkiyədə yaşayan türkmən fəallar son aylar yerli hüquq-mühafizə orqanlarının təzyiqinə daha çox məruz qalır. Onların Türkmənistandakı ailələrinə də nəzarətin artdığı bildirilir.

Ötən ildən Türkiyədə, Birləşmiş Ştatlarda və Şimali Kiprdə yaşayan türkmənlər avtoritar prezident Qurbanqulu Berdiməhəmmədova qarşı etiraz aksiyaları keçirirlər.

Tənqidçilər və insan haqları qrupları Berdiməhəmmədovun ölkədə narazıları susdurduğunu, 2006-cı ildə avtokrat Saparmurad Niyazovun ölümündən sonra hakimiyyətə keçəndən bəri çox az dəyişiklik etdiyini deyirlər.

“Fəallar Türkmənistana qaytarılarsa, təqib riskilə üzləşərlər, işgəncə, pis rəftar görə, yoxa çıxa bilərlər. Türkiyə beynəlxalq öhdəliklərinə əməl etməli, bu şəxsləri pis rəftar görəcəkləri heç yerə göndərməməlidir”, – HRW-nın Avropa və Orta aşıya üzrə direktoru Raçel Denber deyib.

25 türkmənin siyahısı

Bolqarıstanda yerləşən Türkmən Helsinki Fondu bir neçə mənbəyə istinadla bildirir ki, Türkiyə hakimiyyətinin əlində hazırda bu ölkədə yaşayan 25 türkmən fəalın siyahısı var. Təşkilat həmin şəxslərə saxlanma, yaxud deportasiya riski olduğunu düşünür.

Abulov və Allalıyevin əlifba sırasına görə siyahının əvvəlində olduğu bildirilir. Rəhmanovun həmin siyahıda olub-olmadığı bəlli deyil. O, uzun müddət müxalifətin Türkmənistanın Demokratik Seçimi hərəkatının onlayn çət səhifəsinin administratoru olub.

Fəal YouTube-da və AzadlıqRadiosu-nun türkmən xidmətinin proqramlarında Berdiməhəmmədov və hökumətini tənqid edirdi.

XS
SM
MD
LG