Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 08:31

Türkiyə və Qərb arasında diplomatik qarşıdurma aradan qalxdı


Bu bəyanatlarda deyilirdi ki, səfirliklər ev sahibi ölkənin daxili işlərinə qarışılmamasına dair diplomatik Konvensiyaya riayət edəcəklər

Türkiyə və onun Qərb müttəfiqləri oktyabrın 25-də genişmiqyaslı diplomatik böhrandan geri çəkiliblər.

Reuters agentliyi xəbər verir ki, ABŞ və başqa Qərb ölkələrinin Türkiyədəki səfirləri Twitter vasitəsilə diplomatik konvensiyanın ev sahibi ölkənin daxili işlərinə qarışılmamasını ehtiva edən maddəsinə riayət edəcəklərini bildiriblər.

Ötən həftəsonu Türkiyə prezidenti Recep Tayyip Erdoğan sözü gedən səfirlərin persona non grata elan ediləcəklərini bildirmişdi.

Erdoğan hökumət iclasından sonra keçirilən mətbuat konfransında deyib ki, səfirlər geriyə addım atıblar və daha diqqətli olmalıdırlar:

"Böhranlar yaratmaq heç vaxt məqsədimiz olmayıb. Söhbət ölkəmizin hüquqlarının, qanunlarının, ləyaqət və suverenlyinin qorunmasından gedir. Bugün həmin səfirlərin yeni bəyanat verməsilə ölkəmizə və millətimizə böhtandan geriyə addım atılıb. Mən inanıram ki, bu səfirlər Türkiyənin suveren hüquqları barədə bəyanatlarında daha diqqətli olacaqlar”.

Erdoğanın səfirliklərin bəyanatını ‘alqışladığı’ deyilir

Türkiyə prezidneti Recep Tayyip Erdoğan ABŞ da daxil bir neçə Qərb ölkələri səfirliyinin oktyabrın 25-də verdikləri bəyanatları “alqışladığını” bildirib.

Bu bəyanatlarda deyilirdi ki, səfirliklər ev sahibi ölkənin daxili işlərinə qarışılmamasına dair diplomatik Konvensiyaya riayət edəcəklər.

Reuters agentliyi Türkiyə mediasına istinadən yazır ki, bəyanatlar Twitter-də Erdoğanın hökumət müşavirəsinə başladığı dəqiqələrdə yayımlanıb.

Türkiyə prezidenti bu iclasda Qərb ölkələrinin 10 səfirliyinin bağlanması və səfirlərin qovulması məsələsini müzakirə etməliydi.

Reuters yazır ki, belə bir addım Erdoğan və Qərb arasında olan qarşıdurmanın onun hakimiyyətinin 19-cu ilində son dərəcə gərginləşdirə bilərdi.

ABŞ səfirliyinin Twitter-də dərc etdiyi bəyanatda deyilir:

“Birləşmiş Ştatlar Diplomatik Münasibətlərə dair Vyana Konvensiyasının 41-ci maddəsinə əməl etdiyini bəyan edir”.

Kanada, Niderland və Yeni Zelandiya da buna bənzər bəyanatlar veriblər, Norveç, İsveç, Danimarka və Finlandiya isə ABŞ-ın tvitini retvit ediblər.

Səfirlərin gei çəkilməsi

Dövlət Anadolu xəbər agentliyi prezident aparatına istinadən yazır ki, Erdoğan sözü gedən bəyanatları “alqışladığını” bildirib.

Anadolu və TRT dövlət telekanalı hadisəni səfirliklərin “geri çəkilməsi” kimi şərh edirlər.

Reuetrs yazır ki, bu son xəbərlərdən az sonra Türkiyə lirəsinin məzənnəsi bir qədər yüksəlib və rekord aşağı həddən - 1 dollar üçün 9.85 lirədən 9.61 lirəyə yüksəlib.

Erdoğan ötən həftəsonu demişdi ki, xeyriyyəçi Osman Kavalanın azad olunmasını tələb edən səfirlər persona non grata elan edilməlidirlər.

Kavala baş tutmamış çevriliş cəhdində iştirakını görə 4 il müddətinə azadlqıdan məhrum edilib.

Lirə bir az yüksəlib

Erdoğanın sərəncamı hələki rəsmi qüvvəyə minməmişdi və Xarici İşlər Nazirliyi bu barədə qərarı oktyabrın 25-də verməliydi.

Sözü gedən on səfirlik NATO müttəfiqlərini və Avropa İttifaqına daxil ölkələri təmsil edir.

Yalnız Fransa və Almaniya səfirlikləri hələki heç bir bəyanat yaymayıblar.

Almaniya Xarici İşlər Nazirliyi bildirib ki, səfirin qovulması barədə Ankaradan rəsmi məlumat almayıb.

Reuters yazır ki, diplomatik gərginlik Türkiyə Mərkəzi Bankının inflyasiyanın 20 faizə yaxınlaşmasına baxmayaraq Erdoğanın təzyiqi ilə uçot rəqəmini 200 bənd ixtisar etmək qərarından sonra yaranıb.

Avropa Komissiyası bildirib ki, səfirlərin ölkədən çıxarılması ilə bağlı hələki heç bir rəsmi göstəriş olmayıb.

Kavala işi

Sözü gedən on ölkənin səfirləri Kavalanın işi ilə bağlı bəyanat verdikdən sonra Türkiyə Xarici İşlər Nazirliyinə dəvət olunmuşdular.

Türkiyə parlamentinin spikeri Mustafa Şentop deyib ki, ölkə Konstitusiyası davam edən məhkəmə işlərinin müzakirəsini qadağan edir və bu mənada səfirlərin bəyanatı “müdaxilə və hörmətsizlik” sayılmalıdır.

Biznesmen və vətəndaş cəmiyyəti qruplarının maliyyə dəstəkçisi olan Kavala 2013-cü il Gezi parkı iğtişaşlarının və 2016-cı il çevriliş cəhdinin iştirakçısı olmaqda ittiham edilir.

İnsan haqları qrupları Kavalanın mühakiməsini Erdoğan hakimiyyətinin repressiyalarının davamı kimi dəyərləndirirlər.

Avropa İnsan Haqları Məhkəməsi iki il əvvəl Kavalanın azad olunmasına çağırıb.

Məhkəmənin qərarında onun həbsinin fərqli düşüncənin susdurulması cəhdi olduğu bildirlir.

XS
SM
MD
LG