Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:26

Şiə məscidində partlayış – azı 47 ölü, 80 yaralı


Hadisə baş verən məscidin yaxınlığı
Hadisə baş verən məscidin yaxınlığı

Bir neçə gün öncə şimaldakı Qunduz şəhərində şiə məscidinə hücumda 46 nəfər həlak olub və məsuliyyəti İslam Dövləti qruplaşması üzərinə götürüb.

Əfqanıstanın Qəndəhar şəhərində törədilmiş intiharçı bomba partlayışında azı 47 nəfər həlak olub və daha 80 nəfər yaralanıb.

Bu, bir həftə ərzində ölkənin şiə sakinləri üzərinə ikinci bomba hücumu olub.

The Guardian yazır ki, hücum vaxtı İmam Bərgah məscidi xüsusilə izdihamlı idi, çünki icma bundan əvvəl Qunduz məscidində törədilmiş bomba partlayışı qurbanlarını yad edirdi.

Bu partlayışa görə də məsuliyyəti öz üzərinə ekstremist İslam Dövləti qruplaşmasının yerli İslam Dövləti Xorasan qolu götürüb.

***

Qəndəharda şiə məscidində partlayışda azı 32 nəfər öldürülüb, 53 nəfər yaralanıb.

“İndiyədək xəstəxanamıza 32 meyit, 53 yaralı gətirilib”, – şəhərin mərkəzi xəstəxanasının işçisi “AFP”yə deyib.

Jurnalistlərin sosial mediada yerləşdirdiyi fotolarda yerdə xeyli meyi və ağır yaralı görünür.

“AP” şahidlərə istinadla məscidə dörd intiharçının hücum etdiyini xəbər verir.

***

Oktyabrın 15-də Əfqanıstanın cənubundakı Qəndəhar şəhərində şiə məscidində böyük partlayış baş verib. Talibanın sözçüsü cümə namazı vaxtı məsciddə xeyli sayda dindarın olduğunu bildirib.

Bilal Kərimi partlayışın böyük insan itkisinə səbəb olduğunu desə də detalları açıqlamayıb, istintaq getdiyini deməklə kifayətlənib.

Hücuma görə hələlik, məsuliyyəti götürən olmayıb.

Bir neçə gün öncə şimaldakı Qunduz şəhərində şiə məscidinə hücumda 46 nəfər həlak olub və məsuliyyəti İslam Dövləti qruplaşması üzərinə götürüb.

Yerli vilayət şurasının keçmiş üzvü Nemətulla Vəfa partlayışın İmam Bərga məscidində baş verdiyini, ağır itkilərə səbəb olduğunu deyib.

Qəndəharda mərkəzi xəstəxananın həkimi azı 7 nəfərin öldüyünü, 13 nəfərin yaralandığını söyləyib.

Talibanın Daxili İşlər Nazirliyinin sözçüsü Qari Seyid Xosti tvitində yazıb ki, partlayışda “xeyli sayda həmvətənimiz şəhid olub və yaralanıb”.

“İslam Əmirliyinin (Taliban Əfqanıstanı belə adlandırır) xüsusi qüvvələri insidentin xarakterini müəyyənləşdirmək və günahkarları məsuliyyətə cəlb etmək üçün əraziyə gedib”, – Xosti qeyd edib.

XS
SM
MD
LG