Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 14:30

Putin və Lukaşenka NATO-ya xəbərdarlıq edirlər


Rusiya və Belarus prezidentləri Vladimir Putin (solda) və Alyaksandr Lukaşenka (Arxiv fotosu)
Rusiya və Belarus prezidentləri Vladimir Putin (solda) və Alyaksandr Lukaşenka (Arxiv fotosu)

lyaksandr Lukaşenka Vaşinqtonu Ukraynada təlim mərkəzləri adı altında NATO üçün bazalar yaratmaq cəhdində ittiham edib

Kreml xəbərdarlıq edib ki, Ukraynada hər hansı NATO infrastrukturunun genişləndirilməsi Rusiya prezidenti Vladimir Putinin qoyduğu “qırmızı xəttin” keçilməsi hesab olunacaq.

Sentyabrın 27-də habelə Belarusun avtoritar lideri Alyaksandr Lukaşenka Vaşinqtonu Ukraynada təlim mərkəzləri adı altında NATO üçün bazalar yaratmaq cəhdində ittiham edib.

NATO üzvü olmayan, lakin şimal alyansına üzvlük məramını dəfələrlə bəyan edən Ukrayna hər iki xəbərdarlığı rədd edib və bildirib ki, Kiyev özünün təhlükəsizlik siyasətini müstəqil təyin edəcək və “Moskva qoy Rusiyanın daxilində baş verənlərdən narahat olsun”.

Tərəflər arasında söz atışması sentyabrın 27-də Lukaşenka Birləşmiş Ştatları Ukraynada hərbi bazalar qurmaqda ittiham etdikdən sonra başlanıb.

Lukaşenka iddia edib ki, o və Rusiya prezidenti Vladimir Putin “bu barədə tədbir görülməsinə ehtiyac olduğu” barədə razılığa gəliblər.

2020-ci il prezident seçkisinin ardınca müxalifətin kütləvi aksiyalarına amansız divan tutduğuna görə ABŞ və başqa Qərb ölkələrinin silsilə sanksiyaları ilə üzləşən Lukaşenka Moskva və Minskin nə kimi tədbir görə biləcəyinə aydınlıq gətirməyib.

Rusiya Ukraynanın NATO üzvlüyünə qəti etiraz edir və Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Vladimir Putin NATO infrastrukturunun Ukraynaya genişləndirilməsinin “qırmız xətt” olduğunu dəfələrlə bildirib.

Kiyev: "Putin “qırmızı xətləri” yalnız Rusiyada qoya bilər...”

Sentyabrın 27-də Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Rusiyanın öz sərhədlərindən kənarda “qırmızı xətt” qoymaq iddiasını qətiyyətlə rədd edib:

"Putinin “qırmızı xətləri” Rusiyanın sərhədləri daxilində qoyula bilər. Rusiya-Ukrayna sərhədinin bizə aid olan hissəsində Ukrayna xalqı, Ukrayna və Avropanın təhlükəsizliyi üçün nəyin lazım olduğunu biz özümüz müəyyən edirik”.

İki ölkə arasında qarşıdurnama 2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını ilhaq etdikdən sonra başlanıb.

Rusiya bu ilin əvvəllərində Ukrayna sərhədi boyunca, habelə ilhaq olunmuş Krımda 100 minlik əsgəri qüvvə cəmləşdirmişdi.

ABŞ və Qərb bunu Ukraynanın təhdid edilməsi adlandırmışdılar.

Rusiya habelə Ukraynanın şərqindəki separatçılara hərbi və siyasi dəstək verir.

Kreml Donbasdakı hərbi münaqişədə hər hansı bir şəkildə iştirakını inkar edib.

Ukrayna ötən həftə ABŞ və NATO ilə birlikdə keçirilən hərbi təlimlərdə iştirak edib.

Eyni vaxtda Rusiya və Belarus genişmiqyaslı hərbi manevlərə başlamışdılar.

XS
SM
MD
LG