Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 10:18

Azərbaycan polisi Eyvazlıda İran yüklərini yoxlayır


Gorus-Qafan yolu
Gorus-Qafan yolu

Məlumatda Ermənistan sərhədçiləri ilə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) vəziyyəti tənzimləmək üçün birgə iş apardığı qeyd edilir

Deputat bəyanatdakı Azərbaycan toponiminə diqqət çəkir

Sentyabrın 13-də Ermənistan parlamentinin iclasında “Ayastan” müxalifət fraksiyasından deputat Sünikdəki Gorus-Qafan magistralında baş verənlərin müzakirəsi üçün format tapmağı tələb edib.

Deputat Artsvik Minasyan Milli Təhlükəsizlik Xidmətinin (MTX) bəyanatını “dişsiz” adlandırıb, Azərbaycan toponimlərinin işləndiyini vurğulayıb.

“Bir neçə gündür Azərbaycan silahlı qüvvələrinin növbəti qanunsuz hərəkətlərinin və təəssüf ki, bizim hakimiyyətin passiv, heç nə ifadə etməyən mövqeyinin şahidi oluruq. MTX-nin bəyanatı nəinki milli təhlükəsizlik maraqlarımızdan çıxış etmir, dişsizdir və heç nə demir... “Ayastan” fraksiyası müzakirələrin təşkili üçün format tapmağı tələb edir, nə baş verdiyini anlayaq deyə. Üstəlik, MTX-nin bəyanatında tamamilə Azərbaycan terminologiyasından istifadə olunur”, – Minasyan deyib.

Spiker Alen Simonyan bu təklifi cavabsız buraxıb.

“Ayastan” fraksiyasından digər deputat Geqam Manukyan spikerdən soruşub ki, hakim çoxluq müzakirəni təşkil edəcək və MTX direktorunu parlamentə dəvət edəcəkmi.

“Bu məsələni format planında müzakirə edərik, təklifin qəbul ediləcəyi istisna olunmur”, – Simonyan vurğulayıb.

***

Azərbaycan polisi sentyabrın 12-də saat 12:00-dan Gorus-Qafan yolunun onun nəzarətində olan Eyvazlı hissəsində (Ermənistanın Vorotan kəndi yaxınlığında) İran nömrəli yük maşınlarını dayandırmağa başlayıb. Bu haqda Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumatda Ermənistan sərhədçiləri ilə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) vəziyyəti tənzimləmək üçün birgə iş apardığı qeyd edilir.

Azərbaycanın Müdafiə Nazirliyi sentyabrın 12-də Rusiyanın Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar göndərib. Nazirlik başqa ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz keçməsinin ötən ilki 10 noyabr atəşkəs bəyanatına zidd olduğunu vurğulayıb. Açıqlamaya görə, Azərbaycanın razılığı olmadan digər ölkələrin hüquqi, fiziki şəxsləri və onlara aid nəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil ola bilməz.

Avqustun sonunda Azərbaycanın silahlı Qüvvələri Gorus-Qafan yolunun iki hissəsini iki sutka bağlı saxlayıb. Bu da Ermənistanın Sünik vilayətinin iki hissəsi, eləcə də Ermənistanla İran arasında əlaqəni çətinləşdirib. Yol Rusiya tərəfinin vasitəçiliyi ilə açılıb.

Azərbaycan ötən il hərbi əməliyyatlar yoluyla Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Qoşunların təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.

XS
SM
MD
LG