Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 14:40

Azərbaycanda xüsusi karantin noyabrın 1-dək uzadılıb


Nazirlər Kabineti, arxiv foto
Nazirlər Kabineti, arxiv foto

Baş nazir Əli Əsədov Azərbaycanda xüsusi karantin müddətinin noyabrın 1-dək uzadılması ilə bağlı qərar verib.

Xüsusi karantin rejiminin müddəti sentyabrın 1-də başa çatırdı. Üstəlik, həftəsonları ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyətin müddəti də noyabrın 1-nə kimi uzadılıb.

"Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 noyabr saat 06:00-dək uzadılsın." deyə qərarın birinci bəndində deyilir.

Koronavirus pandemiyası ilə bağlı ötən ilin martından Azərbaycanda karantin rejimidir. Bu müddət ərzində rejim zaman-zaman sərtləşdirilib və daha sonra da yumşaldılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə ümumilikdə 413 986 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 512–nin vəfat etdiyi bildirilib.

XS
SM
MD
LG