Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:26

Avropa Birliyi miqrant axınını aşkar etmək üçün yeni qurğu düzəldib


Qaçqınlar-Yunanıstanın Lesbos adası 2 mart, 2020.
Qaçqınlar-Yunanıstanın Lesbos adası 2 mart, 2020.

Xüsusi kameralarla təhciz edilmiş hava şarı hazırda Yunanıstanın şimal-şərqində-Alexandroupolis hava limanını və Limnos adasında sınaqdan keçirilir.

Avropa Birliyi su və quru yolu ilə qanunsuz miqrant axınını daha tez aşkar etmək üçün yüksək texnologiyalı yeni müşahidə cihazını sınaqdan keçirir.

Qeyd edək ki, Talibanın son günlər Əfqanıstan ərazisinin yarıdan çoxunu nəzarətə götürdüyündən Avropaya qaçqın axınının artacağı gözlənir.

Xüsusi kameralarla təhciz edilmiş hava şarı hazırda Yunanıstanın şimal-şərqində-Alexandroupolis hava limanını və Limnos adasında sınaqdan keçirilir.

Alexandroupolis Türkiyə sərhədinin yaxınlığında yerləşir.

Məqsəd, qanunsuz miqrant daşıyan qayıqları saxlamaq üçün sərhədçilərə daha aydın görüntülər verməkdir.

Avropanın “Frontex“ çirkətinin nümayəndəsi Piotr Switalski bildirib ki, hazırda Əfqanıstan və Tunisdəki vəziyyət Avropa Birliyinə qaçqın axınına səbəb ola bilər. Ona görə də biz bu ölkələrdə hadisələrin inkişafını diqqətlə izləyirik.

Gəmi transponderləri və peyk rabitəsi ilə bağlantıları olan kameralar dənizdə məmurlara 60 kilometlik ərazini izləmək imkanı yaradır.

Piotr Switalski deyir ki, bu yeni sistem dəniz sərhədlərində nəzarəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılmalıdır.

Bu arada bir sıra Avropa ölkələri Əfqanıstandakı döyüşlərə görə, sığınacaq ala bilməyən əfqan qaçqınların zorla geri qaytarılmasını dayandırıblar.

Amma Yunanıstanın Miqrasiya naziri Notis Mitarachi bildirib ki, Avropa Birliyi daha bir ciddi qaçqın axınının öhtəsindən gələ bilməz.

Qeyd edək ki, Suriya başda olmaqla son ilər Yaxın Şərq və digər Ərəb ölkələrindən Avropaya minlərlə qaçqın keçib.

Avropa Birliyi ilə Ankara arasında əldə edilmiş razılaşmaya əsasən, Türkiyə maliyyə vəsaiti əvəzində bu qaçqınların Avropaya keçməməsi üçün, onları öz ərazisində yerləşdirməlidir.

Hazırda Türkiyədə 4 milyondan çox qaçqın var.

XS
SM
MD
LG