Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 10:38

Rusiya Özbəkistan və Türkmənistan rəsmiləri Talibanla danışıqlar aparıblar


Qətər-Taliban hərəkatının nümayəndələri Dohada. 12 avqust, 2021.
Qətər-Taliban hərəkatının nümayəndələri Dohada. 12 avqust, 2021.

Talibanın sözçüsü Zabihulla Mujaheedin sözlərinı görə, görüşdə Orta Asiya ölkələri ilə Əfqanıstan arasında regional və ticarət məsələləri də müzakirə olunub.

Rusiya, Türkmənistan və Özbəkistan rəsmilərinin Taliban hərəkatının Qətərdəki siyasi ofisinin rəhbəri ilə görüşdükləri bildirilir.

AzadlıqRadiosunda olan məlumata görə, bu barədə Taliban hrəkatı məlumat yayıb.

Hərəkatın rəsmi nümayəndəsi avqustun 12-də AzadlıqRadiosuna bildirib ki, Taliban hərəkatının siyasi rəhbəri Molla Abdul Ghani Baradar Qətərdə Türkmənistan xarici işlər nazirinin müavini Vepa Hajiev və Özbəkistanın Əfqanıstan üzrə xüsusi elçisi İsmətulla İrqaşevlə Əfqanıstandakı vəziyyəti müzakirə ediblər.

Talibanın sözçüsü Zabihulla Mujaheedin sözlərinı görə, görüşdə Orta Asiya ölkələri ilə Əfqanıstan arasında regional və ticarət məsələləri də müzakirə olunub.

Talibanın Qətərdəki ofisinin nümayəndələri avqustun 11-də Tvitterdə yazıblar ki, Baradarla Hacıyev ikitərəfli münasibətləri, sərhəd məsələlərini, iqtisadi layihələri, həmçinin Türkmənistanın Əfqanıstandakı diplomatik missiyasının təhlükəsizliyi məsələlərini müzakirə edib.

Həmçinin Talibanın başqa bir nümayəndəsi Suhail Shaheen özünün Tvitter səhifəsində, Baradar-ın Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulovla ayrıca görüş keçirdiyini yazıb.

Türkmənistanın xarici işlər nazirliyi də avqustun 12-də bəyan edib ki, Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti, BMT, ABŞ, Avropa Birliyi, Britaniya, Rusiya, Pakistan, Çin və Özbəkistan nümayəndələri ilə birlikdə Qətərin paytaxtı Dohadadırlar.

Nazirlik qeyd edir ki, onun nümayəndə heyəti səfər çərcivəsində ayrıca danışıqlar aparacaqlar.

Əfqanıstanda döyüşlər davam edir.

Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin mayın 1-dən Əfqanıstandan çıxmağa başlamasından sonra Taliban hərəkatının yaraqlıları ölkə ərazisinin yarıdan çoxunu ələ keçiriblər.

Hazırda ölkədə talibançılarla hökumət qoşunları arasında döyüşlər gedir.

ABŞ prezidenti Johe Biden ordunun çıxarılmasının sentaybradək yekunlaşdırılacağını bildirib.

XS
SM
MD
LG