Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 14:26

Taliban Kunduz aeroportunu tutub


Taliban silahlıları Kunduzda, 9 avqust, 2021-ci il
Taliban silahlıları Kunduzda, 9 avqust, 2021-ci il

ABŞ Prezidenti Co Bayden isə avqustun 10-da Vaşinqtonda deyib ki, Amerika əsgərləri avqustun 31-cən çıxarılacaq. O, əfqan liderlərini “özləri üçün savaşmağa” çağırıb

Taliban silahlı qruplaşması Əfqanıstanın şimalındakı Kunduz şəhərinin aeroportunu tutub. Təhlükəsizlik qüvvələrinin yüzlərlə əməkdaşının silahlılara təslim olduğu bildirilir.

Qruplaşmanın sözçüsü Zabihulla Mücahid tvitində aeroportun ələ keçirildiyini təsdiqləyib və guya hökumət əsgərlərinin silahlılara qoşulduğunu göstərən video yayıb.

***

Əfqanıstan Prezidenti Əşrəf Qani avqustun 11-də Talibanın mühasirəsində olan Məzari- Şərif şəhərinə gedib. Son bir həftədən də az müddətdə silahlı qruplaşma daha çox ərazi tutub.

Prezident idarəsinin məlumatına görə, Qani “şimal zonasında ümumi təhlükəsizliyi yoxlamağı” planlaşdırır.

Qani Bəlx vilayətinin paytaxtı Məzari- Şərifə çatan kimi Talibanın Fayzabad şəhərini tutduğu xəbər verilir. Fayzabad ölkənin şimal-şərqindəki Badaxşan vilayətinin paytaxtıdır. Avqustun 6-dan Taliban Əfqanıstanın 34 region paytaxtından 9-nu ələ keçirib.

Dostum da Məzari-Şərifə gedib

Amma Məzari- Şərifi itirmək hökumət qüvvələri üçün böyük geriləmə olar. Həm də Əfqanıstanın şimalına nəzarət tamam itər. Vaxtilə bu ərazi Talibana qarşı çıxan hərbi komandirlərin istehkamı sayılırdı.

Qani iki yerli lider – Atta Məhəmməd NurƏbdül Rəşid Dostumla şəhərin müdafiəsi barədə danışıqlar aparmalıdır.

Qaninin Məzari- Şərifə səfərindən bir neçə saat öncə hökumətin rəsmi sosial media hesablarında Dostumun bir dəstə döyüşçü ilə Kabildə təyyarəyə minərək həmin şəhərə yollandığı görüntülənib.

Taliban mayın 1-dən ölkə boyunca hücuma keçib. O vaxtdan Birləşmiş Ştatlar müttəfiqləri ilə birlikdə qüvvələrini çıxarmağa başlayın və prosesin ayın sonunadək bitəcəyi gözlənir.

Fayzabad necə tutuldu

Fayzabadda bir yerli deputatın deməsinə görə, bir neçə günlük ağır döyüşlərdən sonra təhlükəsizlik qüvvələri geri çəkilib.

“İndi şəhər Talibanın əlindədir”, – Zabihulla Attiq deyib.

Elə silahlılar da şəhəri nəzarətə aldıqlarını sosial mediada təsdiqləyiblər.

Bu arada ABŞ diplomatları Əfqanıstan hökumətilə Talibanın Doha danışıqlarına nəfəs verməyə çalışırlar. Vaşinqtonun xüsusi elçisi Zalmay Xəlilzad Talibanı atəşkəsi qəbul etməyə, hücumu dayandırmağa təhrik etməyə cəhd göstərir.

ABŞ Prezidenti Co Bayden isə avqustun 10-da Vaşinqtonda deyib ki, Amerika əsgərləri avqustun 31-cən çıxarılacaq. O, əfqan liderlərini “özləri üçün savaşmağa” çağırıb.

Bayden jurnalistlərə deyib ki, iyirmi illik müharibədən sonra ABŞ əsgərlərini çıxarmaq qərarından “peşman deyil”.

“Onlar vuruşmaq istəməlidirlər. Artıq sayları Talibandan çoxdur”, – Bayden vurğulayıb.

XS
SM
MD
LG