Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:29

Yeni avtomobillərin yarısı elektriklə işləməlidir


Elektrokar
Elektrokar

ABŞ və xarici avtomobil istehsalçıları məcburi olmayan bu hədəfə çatılması üçün milyardlarla dollar hökumət vəsaiti gərəkdiyini deyirlər

ABŞ Prezidenti Co Baydenin imzaladığı yeni sərəncamda 2030-cu ilədək ölkədə satılan yeni avtomobillərin yarısının emissiyasız, elektriklə işləməsi nəzərdə tutulur.

Bayden bunu avqustun 5-də Ağ evdə ölkənin böyük avtomobil istehsalçılarının rəhbərləri ilə görüşündə açıqlayıb.

Hökumət pul ayırarsa...

ABŞ və xarici avtomobil istehsalçıları məcburi olmayan bu hədəfə çatılması üçün milyardlarla dollar hökumət vəsaiti gərəkdiyini deyirlər. Buraya istehlakçı subsidiyaları, yükləmə şəbəkələri, tədqiqat və inkişafa sərmayələr daxildir.

Avtomobillər və yük maşınlarının atmosferə tullantılarının azaldılması Baydenin iqlim dəyişikliyi ilə mübarizə planının bir hissəsidir. O, son addımı həm də elektrik maşınlarına sərmayə qoyan Çin və digər ölkələrlə rəqabət yolu kimi təqdim edib.

Qadın qətllərinə etiraz edənlər: 'Bölmədə qarnımıza vurdular, divara çırpdılar'
Gözlə

No media source currently available

0:00 0:05:23 0:00

Bayden elektrikli maşınları avtomobil sənayesinin gələcəyi adlandırıb. “Elektrikdən geriyə yol yoxdur. İndi məsələ bizim öndə gedəcəyimiz, yaxud geri qalacağımızdır”, – o deyib.

Administrasiya yeni emissiya standartları da təqdim edib. 2026-cı ilədək ətraf mühitin çirklənməsinin azaldılması nəzərdə tutulur. 2023-cü ildə buna 10 faiz azalma ilə başlamaq planlaşdırılır.

XS
SM
MD
LG