Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 13:25

Litva Belarusdan gələn miqrantlara görə Türkiyədən kömək istəyir


Belarusdan Litvaya keçmək istəyərkən saxlanmış miqrantlardan bir qrupu
Belarusdan Litvaya keçmək istəyərkən saxlanmış miqrantlardan bir qrupu

Litva hökuməti Belarusla sərhəddə hasar tikməyi və Belarusdan qanunsuz miqrant axınına qarşı ordu hissələri göndərməyi planlaşdırır.

Litvanın baş naziri İnqrida Şimonite iyulun 7-də bu tədbirləri “qanunsuz miqrasiyaya qarşı cilovlayıcı faktor” adlandırıb.

Reuters agentliyinin yazdığına görə rəsmi Vilnüs əmindir ki, Belarusun avtoritar lideri Alyaksansdr Lukaşenka onun ölkəsinə Yaxın Şərqdən gəlmiş miqrantları sanksiyalara görə Avropa İttifaqı və Litvadan qisas almaq üçün qəsdən sərhədə doğru yönəldir.

Xanım Şimonite deyib ki, Belarus miqrantlara Minskə uçuşlar təklif edir və bunu isbat edən sənədlər mövcuddur:

"Məsələn Minsklə Bağdadı birləşdirəm birbaşa uçuşlar təklif edən səyahət büroları var. Ümumiyyətlə, Belarusdakı və başqa ölkələrdəki turist agentlikləri Minskə bu sayaq “turistləri” cəlb edirlər”.

Rusiya modeli

Baş nazir bildirib ki, miqrantların çoxu Belarusa Bağdad hava limanından uçub gəlir. Onun sözlərinə görə Türkiyədən də gələnlər var.

Litva bildirir ki, son günlərdə yüzlərlə miqrant sərhədi keçməyə cəhd göstərib.

Onların bir çoxu başqa yerlərdən Türkiyəyə gəlmiş miqrantlardır.

Bundan əvvəl Avropa İttifaqı Rusiyaya qarşı buna bənzər irad irəli sürmüşdü.

Tənqidçilər bildirirdilər ki, Kreml Suriyada münaqişə nəticəsində yaranmış qaçqın ordusunu planlı şəkildə Avropa İttifaqının sərhədlərinə səmtləndirir.

Gələn həftə xanım Şimonite qanunsuz miqrantlarla mübarizə təcrübəsini öyrənmək üçün Yunanıstana səfər edəcək.

Son bir sutka ərzində Belarusdan Litvaya keçməyə cəhd göstərən 50-dən çox miqrant saxlanıb.

Bu il ərzində Litva ərazisinə keçən miqrantların sayı 1500 olub.

Onların hamısı COVID testdən keçirilır, analizin nəticəsi müəyyən edilənədək izolyasiyada saxlanır.

Lukaşenka miqrantlardan silah kimi istifadə edir

Ötən həftə Litva hökuməti qanunsuz miqrant axını ilə bağlı dövlət miqyaslı fövqəladə vəziyyət elan etmişdi.

Belarusun başçısı Alyaksandr Lukaşenka mayın 26-da demişdi ki, onun ölkəsi bundan sonra Avropa İttifaqına keçmək istəyən miqrantların qarşısını almayacaq.

Reuters agentliyi yazır ki, vəziyyəti dərindən müzakirə etmək üçün Litvanın xarici işlər naziri Qabrielius Landsbergis gələn həftə Bağdada və Ankaraya səfər edəcək.

Landsbergis deyib ki, Litva Türkiyə ilə əməkdaşlıqda qanunsuz miqrantların mənbə ölkələrini asanlıqla müəyyən edə bilər.

XS
SM
MD
LG