Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:19

Rusiyada COVID testlərini də saxtalaşdırırlar


Moskva kənarında vaksinasiya mərkəzi
Moskva kənarında vaksinasiya mərkəzi

Moskvanın meri Sergey Sobyanin iyulun 1-də paytaxtda buster vaksin dozasını vurmağa başladıqlarını açıqlayıb

Rusiyada saxta vaksin sertifikatlarının və neqativ COVID testlərinin sayı artıb. Ölkə eyni zamanda koronavirusa yoluxmalarda və gündəlik ölü sayında kəskin artımla mübarizə aparır.

İyulun 2-də Moskvada sakinlərə saxta koronavirus sertifikatları satmaqda şübhəli bilinən 33 yaşlı bir kişinin saxlandığı bildirilir. Sankt Peterburqda isə polis həm saxta sertifikat, həm də neqativ PCR testləri satan şəxslərə qarşı üç cinayət işinin açıldığını bildirib.

Bu gün Rusiyada son 24 saat ərzində 679 ölümün qeydə alındığı bildirilir. Artıq üçüncü gündür pandemiya ilə bağlı rekord ölüm yaşanır.



Koronavirusun vurduğu ziyana görə dünyada 5-ci olan Rusiyada delta ştammına bağlı yoluxmalar artır. Moskva və Sankt Peterburqda yoluxma və ölü sayı daha yüksəkdir. İyulun 2-də Sankt Peterburqda İsveçrə və İspaniya arasında Avro 2020-nin dörddəbir final oyunu keçirilməlidir.

Peyvənd çağırışı

Moskvanın səhiyyə departamentinin rəhbəri Aleksey Xripun şəhərdə koronavirusla bağlı vəziyyəti “gərgin” adlandırıb, paytaxt sakinlərini peyvənd vurdurmağa çağırıb.

Problemi ağırlaşdıran Rusiyada vaksinasiya səviyyəsinin aşağı olmasıdır. Fevralda keçirilmiş rəy sorğusu rusiyalıların 62 faizdən çoxunun peyvənd olunmaq istəmədiyini göstərib.

Moskvanın meri Sergey Sobyanin iyulun 1-də paytaxtda buster vaksin dozasını vurmağa başladıqlarını açıqlayıb.

Mayın sonundan Moskvada COVID-19-a yoluxmalar artmağa başlayıb. Bir sıra regionlarda dövlət sektorunda çalışanlar üçün vaksinasiya məcburi elan edilib.

İyulun 2-dək Rusiyada koronavirusa 5 milyon 500 mindən çox yoluxma, 136 minə yaxın ölüm təsdiqlənib. Bu, Avropada ən yüksək ölü sayıdır.

XS
SM
MD
LG