Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 14:35

Hindistanda vaksinasiya yenidən başlanır


Hindistanda koronavirus xəstəsi
Hindistanda koronavirus xəstəsi

Robert Kox İnstitutu (RKI) Almaniyada yoluxmaların cəmi 6 faizinin delta variantının payına düşdüyünü bildirir

İyunun 21-də Hindistan COVID-19-a qarşı vaksinasiya yenidən başlayıb. Kəskin doza qıtlığına baxmayaraq, böyüklərin hamısına pulsuz vaksin vəd olunur.

Bununla da mayda tətbiq olunan mürəkkəb sistem sona çatır. Onda ştatlar dozaların vurulmasında çətinliklə üzləşirdilər.

Hindistan dünyada böyük vaksin təchizatçısıdır, amma ölkədəki problemlər COVID-19 vaksinlərinin ixracını dayandırmaqla sonuclanıb. Hindistanın 1.4 milyardlıq əhalisinin yalnız 3.5 faizinə vaksin vurulub.

Son bir neçə ayda Hindistanda tüğyan edən pandemiya son günlər səngiyib, yoluxmalar ən aşağı həddə düşüb.

Şimali Amerika

Birləşmiş Ştatlar isə Kanada və Meksika ilə quru sərhədlərini azı bir ay ümumi səyahətə açmayacaq. Sərhəd icmaları və bizneslər isə nəzarəti yüngülləşdirməyə çağırırlar.

Kanada da ötən ay qadağanı uzatdığını elan etdi. Şirkətlər və turizm sənayesi hökumətə məhdudiyyətləri yüngülləşdirmək çağırışı edir. Qadağalar 2020-ci ilin martından hər ay yenilənir.

Şimali Amerikada vacib sayılmayan səyahət məhdudlaşdırılsa da, iyunun 20-də Mayamidən sınaq kruiz gəmisi yola düşüb. 15 aya yaxındır ABŞ-ın kruiz sənayesində durğunluq hökm sürürdü.

İki gecəlik səyahətə “Royal Caribbean” kruiz şirkətinin 650-dək vaksinlənmiş əməkdaşı cəlb olunub. Məqsəd kruizlərin təhlükəsiz olduğunu sübut etməkdir.

Avropa

Avropada isə Rusiyadan Portuqaliyaya qədər bir sıra ölkələrdə ilk dəfə Hindistanda aşkarlanmış yüksək yoluxucu delta variantının yayılması təşviş yaradır.

Almaniyanın Ifo iqtisadi tədqiqat institutu iyunun 20-də xəbərdarlıq edib ki, delta variantının səbəb olduğu yoluxma dalğası Avropanın ən böyük iqtisadiyyatına daha bir zərbə vura bilər.

Robert Kox İnstitutu (RKI) Almaniyada yoluxmaların cəmi 6 faizinin delta variantının payına düşdüyünü bildirir. Mayın əvvəlindən ölkədə yoluxmalarda kəskin azalma vardı.

Britaniya, Portuqaliya və Rusiyada isə bu ştammın vüsət alması onun yayılmasına qarşı bir sıra tədbirlərə səbəb olub.

Səhiyyə rəsmiləri vaksinlərin delta variantına qarşı da effektiv olduğunu deyirlər.

XS
SM
MD
LG