Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:11

Ekspert: 'Lavrovun gəlişi texniki səfər idi' (Video)


Rusiya Bakıdan istədiyini ala bildimi?
Gözlə

No media source currently available

0:00 0:15:01 0:00

Rusiya Bakıdan istədiyini ala bildimi?

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri Qarabağdakı sülh proseslərinə necə təsir edəcək?

Bugün, mayın 11-də Sergey Lavrov Bakıda həmkarı azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransı keçirib.

Sergey Lavrov bildirib ki, bütün vacib məsələlərin həllinin əsas şərti hərbi münaqişənin tam dayandırılmasıdır. Onun sözlərinə görə, ərazidəki iqtisadi münasibətlərin bərpası Cənubi Qafqazın inkişafına təkan verəcək.

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyəti mayın 10-dan Azərbaycanda səfərdədir.

Nümayəndə heyətini mayın 10-da Prezident İlham Əliyev də qəbul edib. Görüşdə Qarabağdakı proseslər müzakirə olunub.

Lavrov Bakıdan nə ilə qayıdır?
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

Azərbaycanı müttəfiqliyə cəlb etmək

Siyasi şərhçi Şahin Hacıyev deyir ki, Lavrovun Bakı səfəri Rusiyanın regionda öz nüfuzunu gücləndirmək və kommunikasiya xətlərinin açılması planları ilə bağlıdır:

“Kommunikasiya xətlərinin açılması o deməkdir ki, Rusiyanın iqtisadi-siyası maraqları güclənir. Bu, Rusiyanın bu regionda əsas oyunçu olduğunu təsdiq edir və Rusiyanın opponentləri, ilk növbədə də Qərbin nüfuzunu azaldır. Rusiya Azərbaycanın özünə müttəfiq etməsi istiqamətində də mövqeyini gücləndirir”.

Şahin Hacıyev hesab edir ki, Sergey Lavrovun səfərinin əsas məqsədi də bu prosesləri idarə etmək, onların dayanmasına imkan verməməkdir. Çünki kommunikasiya xətlərinin açılması Rusiyanın strateji hədəfidir.

Moskvada siyasi təhlilçi Pavel Felgenhauerin isə Sergey Lavrovun Bakıya gəlişini texniki bir səfər kimi dəyərləndirir:

“Hər hansı bir ciddi qərar olmadı. Bu daha çox texniki səfər idi. Rusiya istəyir ki, durum sabit olsun. Ermənistanda gələn ay parlament seçkisi keçiriləcək. Rusiya hər hansı gərginlik, sabitliyin pozulmasını istəmir. Bütölükdə cənubi Qafqazda öz təsirini gücləndirmək istəyir”.

Xatırlatma

2020-ci ildə, Azərbaycan 44 günlük müharibədə Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayonu erməni qüvvələrinin işğalından azad edib.

Həmin ilin 10 noyabrında Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında imzalanan atəşkəs razılaşmasına əsasən, Laçından Qarabağdakı erməni yaşayış məskənlərinə yol, Ermənistan ərazisindən isə Azərbaycanın anklavda olan Naxşıvana ərazisinə dəhliz verilməsi nəzərdə tutulur.

Hər iki yola da Rusiya qüvvələrinin nəzarət etməsi nəzərdə tutulur. Hazırda Qarabağdakı erməni icmalarına Laçından dəhliz fəaliyyət göstərsə də hələlik Zəngəzur istiqamətdə Naxçıvana dəhliz açılmayıb. Hazırlıqlara baxmayaraq hələlik bu dəhlizin nə vaxt işə başlayacağı bəlli deyil.

Mayın 6-da Sergey Lavrov Ermənistanda da səfərdə olub. Səfər zamanı kommunikasiya xətlərinin açılmasını da müzakirə edib, bildirib ki, proses plan üzrə davam edir.

XS
SM
MD
LG