Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:33

Omskun səhiyyə naziri sağ-salamat tapılıb


Aleksandr Muraxovski
Aleksandr Muraxovski

Həkimlər əvvəlcə Navalnının zəhərləndiyini desələr də sonradan bunu inkar etdilər. Hakimiyyətlə gərgin danışıqlardan sonra Navalnı Almaniyaya müalicəyə aparıldı

Rusiyanın Omsk regionunun səhiyyə naziri Aleksandr Muraxovski naməlum şəraitdə itəndən sonra sağ-salamat tapılıb.

Hökumətin mətbuat xidmətinin mayın 10-da TASS xəbər agentliyinə bildirməsinə görə, o, ov edərkən itkin düşdüyü yerin 32 kilometrliyində meşədən çıxıb.

Hazırda onun Bolşekosvki rayonundakı yerli xəstəxanada müayinə olunduğu bildirilir.

***

Rusiya Daxili İşlər Nazirliyinin Omsk regionu üzrə mətbuat xidməti həkim Aleksandr Muraxovskinin meşədə itkin düşdüyünü təsdiqləyib. Mayın 7-də ov bazasından kvadrosikllə çıxandan onu görən olmayıb.

Nazirliyin mayın 9-da bildirməsinə görə, həkimin axtarışlarına fövqəladə xidmət əməkdaşları, ovçuluq müfəttişləri, yerli sakinlər qoşulub.

Bataqlıqlar daxil olmaqla çətin relyefli ərazidə axtarışa vertolyot və dron da cəlb olunub. Kvadrosiklin ovçuluq bazasının 6 kilometrliyində tapıldığı bildirilir.

Muraxovskinin yaxınları onun mayın 8-də Omsk regionunun şimalındakı Bolşekovski rayonunda itkin düşdüyünü deyirlər.

O, Prezident Vladimir Putinin qatı tənqidçisi Aleksey Navalnının müalicə alındığı xəstəxananın baş həkimi olub. Bir neçə ay sonra Omsk regionunun səhiyyə naziri təyin edilib.

İki həkim vəfat edib

Avqustun 20-də Navalnı uçuş zamanı özünü pis hiss edib, təyyarə Omskda təcili eniş edib.

Həkimlər əvvəlcə Navalnının zəhərləndiyini desələr də sonradan bunu inkar etdilər. Hakimiyyətlə gərgin danışıqlardan sonra Navalnı Almaniyaya müalicəyə aparıldı.

O, hazırda Rusiyada 2 il yarım həbs cəzasına məhkum edilib, özü isə siyasi fəaliyyətinə görə məhkum olunduğunu deyir. Müxalifətçi bu yaxınlarda həbsdə aclıq aksiyasını bitirib. O, öz həkimləri tərəfindən müayinə olunmağı tələb edir, həbsxana rəsmilərinin məqsədi şəkildə onun səhhətinə ziyan vurmağa çalışdığını söyləyirdi.

Hakim Vahid Rusiya partiyasının üzvü olan Muraxovski Navalnının “metabolik pozuntu”dan xəstələndiyini deyərək onun Berlinə aparılmasını iki gün yubadıb.

Navalnının müalicə aldığı xəstəxananın iki həkimi yaxın aylarda dünyasını dəyişib. Travmatologiya və ortopediya şöbəsinin müdiri Rüstəm Agişev dekabrda iflic keçirəndən sonra martda vəfat edib.

Ondan qabaq isə anesteziologiya və reanimasiya şöbəsinin baş həkim müavini Sergey Maksimişin infarktdan ölüb.

XS
SM
MD
LG