Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:25

Çin vaksini vurulanları Avropaya buraxacaqlarmı?


Çin istehsalı olan peyvəndlə xarici səfərlər mümkün olacaqmı?
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Çin istehsalı olan peyvəndlə xarici səfərlər mümkün olacaqmı?

Bakı sakini Elman Quliyev deyir ki, qarşıdakı aylarda Avropaya gedə biləcəyi sualı onu düşünüdürür, çünki Azərbaycanda vurulan Sinovac vaksininin Avropada qəbul olunacağından əmin deyil:

“Avropada qısamüddətli proqramlarda iştirak etmək istərdim, amma əmin deyiləm ki, bizdə vurulan vaksin qəbul ediləcəkmi... Gənclər üçün, hər kəs üçün Avropaya səfər etmək mühümdür”.

Assosiated Press Agentliyi yazır ki, bu ilin yayında Avropa Ittifaqı turistlər üçün sərhədləri açmağı planlaşdırır. İndi həmin Avropa ölkələrinə yalnız Avropa Dərman Agentliyi - EMA-nın təsdiqlədiyi vaksinlərlə peyvənd olunan şəxslərin səyahət edə biləcəyi gözlənir. Bunlar "Pfizer", "Moderna", "Johnson&Johnson" və "AstraZeneca" vaksinləridir.

Qurum hələ ki, Çinin və Rusiyanın istehsalı olan vaksinləri təsdiqləməyib, amma Assosiated Press yazır ki, Rusiyanın Sputnik V vaksini ilə bağlı araşdırma aparır.

Deputat ümid edir

Azərbaycanda isə kütləvi şəkildə vurulan vaksin Çinin Sinovac şirkətinə məxsus Coronavac vaksinidir.

Mayın 4-də EMA öz saytında məlumat yerləşirib ki, Sinovac-la bağlı araşdırmalara başlayıb.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızının "Turan" informasiya agentliyinə bildirdiyinə görə o inanır ki, Avropa İttifaqı Azərbaycan kimi Sinovac almış ölkələrə qapısını bağlamayacaq.

"Azərbaycandan Avropaya yalnız turistlər səyahət etmirlər, beynəlxalq tədbirlər, birgə layihələr var ki, orada nümayəndələrimiz iştirak edir. Bundan başqa, gənclərimiz Avropada təhsil alır. Müxtəlif proqramlar var ki, Avropa İttifaqına üzv olan ölkələr üçün önəmlidir. Əgər Çin vaksinindən istifadə edən ölkələrin vətəndaşları Avropaya gedə bilməsə, həmin layihələr yarımçıq qalar. Bu da ikitərəfli ziyan olacaq. Ona görə də düşünmürəm ki, bu, yekun qərardır".

Coronavac vurduranlar Avropaya nə vaxt səfər edə biıər?
Gözlə

No media source currently available

0:00 0:03:15 0:00

Ölkəyə təsdiqlənmiş vaksinlərdən də gətirmək lazımdır

İctimai fəal Bəxtiyar Hacıyev deyir ki, hökumət elə bir şərait yaratmalıdır ki, Avropaya səfər edənlər üçün qapılar qapalı qalmasın:

“Ən azı az sayda da olsa, Avropa Birliyinin təsdiq etdiyi vaksinlərdən Azərbaycana gətirmək olar. Ödənişli şəkildə imkan yaratmaq olar ki, hansı vətəndaşlar ki, iş üçün və ya vacib səfərlər üçün Avropa İttifaqına getməlidir, onların bu vaksini vurdurmaq imkanı olsun və səfərə gedə bilsinlər.

Bəxtiyar Hacıyev deyir ki, başqa bir məqam Azərbaycanda bir müddət əvvəl saxta vaksin sənədlərinin verilməsi ilə bağlı qalmaqal ola bilər. Belə ki, keçən ay prokurorluq saxta vaksin sənədi vermiş bir sıra vəzifəli şəxsə cinayət işi açıb.

Bəxtiyar Hacıyev qeyd edir ki, Avropa İttifaqı rəsmiləri səhiyyə sistemi etibarlı olan ölkələrləri fərqləndirəcəklərini bildiriblər, bu da Azərbaycan vətəndaşlarının Avropaya buraxılmasını əngəlləyən başqa səbəb ola bilər.

Azərbaycanda artıq 18 yaşına çatanara koronavirusa qarşı peyvənd vurulmasına başlanacaq.
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

Mayın 6-a olan məlumata görə, Azərbaycanda 600 min nəfər hər iki dozada, 1 milyon 600 min nəfər isə ümumilikdə peyvənd olunub.

XS
SM
MD
LG