Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 15:20

Qarabağda döyüşməkdə günahlandırılan livanlı mühakimə olunacaq


Viken Eulcekcian
Viken Eulcekcian

Livan vətəndaşı Viken Eulcekcian yaxın günlərdə Bakıda məhkəmə qarşısına çıxarılacaq. O, Ermənistanla 44 günlük müharibə dövründə muzdlu döyüşçü kimi Azərbaycana qarşı döyüşməkdə suçlanır.

"2 min 500 dollar təklif olunub"

Livanın paytaxtı Beyrut şəhərində yaşamış Eulcekciana qarşı Azərbaycan Cinayət Məcəlləsinin 114.3 (muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı), 214.2.1 (bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən terrorçuluq) və 318.2 (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işinin materiallarında yazılıb ki, Eulcekciana Qarabağda hərbi əməliyyatlarda pul müqabilində iştirak təklifi Kovak Kikiyandan gəlib. İlkin olaraq 2 min 500 dollar təklif olunub. Sentyabrın 29-da Eulcekcian Qarabağda başqa muzdlu döyüşçülərin yanına gətirilib.

42-yaşlı Eulcekcian və bənzər əməllərdə suçlanan digər şəxslərin işi üzrə araşdırmalar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində aparılıb. Baş Prokurorluğun mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, istintaq artıq yekunlaşıb və cinayət işinin materialları mayın 5-də məhkəməyə göndərilib.

20 ilə qədər, yaxud ömürlük azadlıqdan məhrumetmə

Eulcekciana ittiham verilən maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Onun özünün bu ittihamlara münasibəti məlum deyil.

Suriyadan Qarabağa köçmüş erməni ailəsi
Gözlə

No media source currently available

0:00 0:04:54 0:00

Ermənistan rəsmiləri Livandan Dağlıq Qarabağa erməni köçü, onlardan döyüşlərdə istifadə barədə deyilənləri zaman-zaman inkar edib. Lakin bir sıra beynəlxalq media orqanlarında yayımlanan reportajlarda Livan vətəndaşları bu haqda danışıb.

Bəzi xarici media orqanları, eləcə də Ermənistan rəhbərliyi Azərbaycana qarşı da oxşar iddialar səsləndiriblər. Amma prezident İlham Əliyev buna dəlil tələb edib.

Azərbaycan 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsi və ətraf 7 rayonu Ermənistanın işğalından azad edib. Qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.

XS
SM
MD
LG