Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:25

Pentaqon: Rusiya Dağlıq Qarabağa birbaşa müdaxilə etməsə də... (Video)


Rusiya sülhməramlı əsgəri
Rusiya sülhməramlı əsgəri

ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi Senat dinləməsi üçün “2021-ci ildə ümumdünya təhlükəsi” adlı hesabat hazırlayıb.

Hesabat Senatın müdafiə məsələləri üzrə komitəsinin saytında dərc olunub.

Hesabatda əsas diqqət ABŞ və onun müttəfiqləri üçün əsas hədə olan Rusiya və Çinə yönəldilib.

Sənəddə deyilir ki, dünya hazırda “qlobal strateji yarış” erasını yaşayır və burada ABŞ-ın əsas rəqibləri onun hegemonluğuna meydan oxuyan Çin və Rusiyadır.

Hesabatda həm də “boz sahə” deyilən sferaya toxunulur. Burada söhbət ilk növbədə muzdlulardan və əlaltılardan, kiberhücumlardan, informasiya manipulyasiyalarından, rəqibin iqtisadi qüdrətini sarsıtmaq cəhdlərindən gedir.

Rusiya silahlı qüvvələri ABŞ-ın varlığına hədədir

Sənəddə Rusiya silahlı qüvvələri ABŞ-ın mövcudluğu üçün potensial təhlükə adlandırılır.

Rusiya silahlı qüvvələrdən habelə sərhədləri boyunca yerləşən ölkələrdə nüfuzunun saxlanması üçün istifadə edir:

"Moskva ABŞ və NATO-nu, Rusiyanın təhlükəsizliyi, geosiyasi ambisiyaları və hazırkı hakim rejim üçün ən mühüm təhlükə sayır. Moskva Qərblə yarışda qala bilmək üçün bir sıra siyasi, iqtisadi, diplomatik, kəşfiyyat, ictimai və hərbi vasitələrdən istifadə etməklə birbaşa münaqişədən yayınır”.

Hesabatda Rusiya silahlı qüvvələrinin nüvə və qeyri-nüvə silahlarının modernizasiyasından geniş söhbət açılır.

Ehtimal olunur ki, Rusiya yaxın illərdə öz nüvə cəbbəxanasını qeyri-strateji vasitələrin hesabına əhəmiyyətli dərəcədə genişləndirəcək.

Bu da vurğulanır ki, Rusiya hələ də, Noviçok tipli bəyan edilməmiş kimyəvi silahlara malikdir.

ABŞ-dan Əliyevə ilk zəng. Vaşinqton Bakıdan nə istəyəcək?
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00

Rusiya yaxın qonşularına qarşı taktikasını dəyişir

Hesabatda deyilir ki, Rusiyanın “yaxın xaric” adlandırdığı ərazidə əsas təhlükəsizlik təminatçısı olaraq qalmaq ehtiyacı, bu regionda onun iqtisadi təsirlərinin azalmasına görə, indi daha da böyüyüb.

İzah edilir ki, Rusiyanın qonşu ölkələr üzərində iqtisadi təsiri Çin kimi daha böyük resurslara malik ölkələrin həmin bölgədəki fəaliyyətinə görə azalıb.

Eyni zamanda Gürcüstan, Ukrayna və Azərbaycanın NATO ilə təhlükəsizlik partnyorluğu Rusiyaya ərazidəki hegemonluğunu artırmaq imkanı vermir.

Bu baxımdan Moskvanın Dağlıq Qarabağa birbaşa müdaxilədən çəkinməsi və Belarusdakı kütləvi etirazlara məhdud reaksiya verməsi göstərir ki, Moskva Çin, Türkiyə və Qərbin artmaqda olan təsirlərinin qarşılığında keçmiş sovet məkanında nəzarətini saxlamaq üçün taktikasını dəyişməkdədir.

Rusiyanın vasitəçiliyi Dağlıq Qarabağda müharibəyə son qoymaqla Moskvanın bu regiondakı hərbi-iqtisadi təsirini gücləndirib.

İndi bütün Cənubi Qafqaz ölkələrində onun qoşunları var

İndi artıq Rusiyanın bütün Cənubi Qafqaz ölkələrinin torpaqlarında qoşunları var.

Hesabatda deyilir ki, Rusiya bundan sonra Ermənistan və Azərbaycan arasında nəqliyyat və kommunikasiyaların açılmasından da öz təsirini artırmaq üçün davamlı istifadə edəcəkdir.

Sənəddə bu da qeyd olunur ki, Rusiya Cənubi Qafqazdakı bu mövqeyindən regional təhlükəsizlik inteqrasiyasında və silah bazarında hegemon olmaq, kənar oyunçuların meydanını daraltmaq üçün faydalanacaq.

Hesabat müəlliflərinin qənaətinə görə, Rusiya hazırkı məqamda çətin ki, Birləşmiş Ştatlarla birbaşa toqquşmada maraqlı olsun, amma o Qərblə qarşıdurmasından geri çəkilmək niyyətində də deyil:

"Kreml daha çox Vaşinqtonu təxribata çəkməməyə çalışacaq, amma əmin olsa ki, ABŞ Rusiyanın daxili siyasətinə qarşırır və ya başqa hansısa bir şəkildə onun strateji maraqlarını təhdid edir, onda Birləşmiş Ştatlarla da qarşıdurmaya gedə bilər”.

Hesabatda ayrıca olaraq Rusiyanın öz qonşularının vəı NATO-ya üzv ölkələrin daxili siyasətlərinə müdaxilə cəhdlərindən bəhs olunur.

Bildirilir ki, Rusiya Qərb ölkələrinə inamı sarsıtmaq üçün koronavirusa qarşı vaksin də daxil bütün vasitələrdən istifadə edir.

XS
SM
MD
LG