Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:46

Açıq havada maska taxmaq vacibdirmi


Arxiv fotosu
Arxiv fotosu

Özünüz və ətrafınızdakılar tam peyvənd olunublarsa, bayırda yoluxma riski daha çox azalır

Koronavirus pandemiyası dövründə bəzi ölkələrdə açıq havada maska taxmaq ya tövsiyə olunur, ya da tələb kimi qoyulur. Azərbaycanda bu qaydanı pozanlar cərimələnir. Bir müddət öncə sosial media istifadəçiləri #nəfəsalaq həştəqi ilə kampaniya da keçirir, maska qadağasının qaldırılmasını tələb edirdilər.

“The Washington Post” qəzeti yazır ki, getdikcə peyvənd olunan amerikalıların sayı, eləcə də açıq havada yoluxma riskinin az olmasına elmi dəlillər artır. Təbii ki, daha çox adam açıq havada maska taxmağın nə dərəcədə vacib olduğunu sorğulayır.

Risklər

Qəzet bir müddət əvvəl açıq havada yoluxma riskinin aşağı olmasına dair yanaşmaları təqdim edirdi.

Bostonda Briqam və Qadın Xəstəxanasının vəzifəli həkimlərindən Pol Saks bayırda maska taxmağın “könüllü” ola biləcəyini deyir.

Amma bir sıra ekspertlər açıq havada maska taxmamaqdan öncə şəxsi riskləri götür-qoy etməyi məsləhət görürlər. Məsələn, peyvənd vurdurmusunuzmu? Görüşəcəyiniz adamların vaksinasiyası haqda nə bilirsiniz və sairə.

Əgər olacağınız məkanda sosial məsafə saxlamaq çətindirsə, ətrafınızda vaksin vurdurmamış şəxslər çox olacaqsa, düzgün variant maska taxmaqdır.

Tam peyvənd vurulubsa...

Açıq havada elə öz ailə üzvlərinizlə gəzirsinizsə və onlar da risk qrupunda deyillərsə, onda bayırda maska taxmamaq olar, ekspertlər belə deyirlər.

Digər tərəfdən, virus hissəcikləri açıq havada tez dağılır deyə, maskasız gəzdiyiniz halda bir tanışınıza rast gəlirsinizsə, dərhal maska taxmağa ehtiyac yoxdur.

Özünüz və ətrafınızdakılar tam peyvənd olunublarsa, bayırda yoluxma riski daha çox azalır.

Bayırda təkbaşına gəzəndə, yaxud qaçanda maska taxmağa ehtiyac yoxdur. Peyvənd vurdurmusunuz və ailə üzvünüz olmayan şəxs, yaxud şəxslərlə birlikdə harasa çıxmaq istəyirsinizsə, bu zaman risk artır. Saks deyir ki, qrup böyüdükcə, fəaliyyət növündən asılı olmayaraq, qrupda kimdəsə virusun olması ehtimalı da yüksəlir.

Hazırda dünyada koronavirusa 145 milyondan çox yoluxma, 3 milyondan çox ölüm aşkarlanıb. Real rəqəmlərin daha yüksək olduğu güman edilir.

XS
SM
MD
LG