Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 11:24

Hər səfirlikdə 32 əməkdaş olacaq


Praqadakı Rusiya səfirliyi yanında binanın üstündə "Putin, evinə dön" sözləri yazılıb
Praqadakı Rusiya səfirliyi yanında binanın üstündə "Putin, evinə dön" sözləri yazılıb

Aprelin 17-də Praqa Rusiya səfirliyinin 18 əməkdaşının casus olduğunu deyərək ölkədən çıxarıb. Bundan sonra Rusiya çex diplomatları qovub

Çexiyanın Xarici işlər naziri Yakub Kulhanek aprelin 23-də bildirib ki, onun ölkəsi ilə Rusiya öz səfirliklərində eyni sayda əməkdaş saxlayacaqlar. Çexiya 2014-cü ildə silah deposundakı partlayışda Rusiyanın rolunu iddia edəndən sonra iki ölkənin münasibətləri pisləşib.

“Çex Respublikası və Rusiyanın səfirliklərinin hərəsində yeddi diplomat və 25 administrativ və texniki əməkdaş olmalıdır”, – Kulhanek “Blesk” qəzetinə müsahibəsində deyib.

Nazir bir gün öncə demişdi ki, Rusiyaya Praqadakı səfirlikdə Moskvadakı Çexiya səfirliyindən artıq diplomat saxlamağa icazə verilməyəcək.

Moskva ittihamları rədd edir

Aprelin 17-də Praqa Rusiya səfirliyinin 18 əməkdaşının casus olduğunu deyərək ölkədən çıxarıb. Bundan sonra Rusiya çex diplomatları qovub.

Çexiya 2014-cü ildə silah deposunda iki nəfərin ölümüylə nəticələnmiş partlayışa görə Rusiyanı ittiham edib. Praqanın bildirməsinə görə, 2018-ci ildə Britaniyada rusiyalı keçmiş casusun sinir qazıyla zəhərlənməsində ittiham olunan iki rusiyalı kəşfiyyatçının həmin partlayışda əli olub.

Rusiya isə Çexiyanın ittihamlarını rədd edib, aprelin 18-də Çexiya səfirliyinin 20 əməkdaşını qovub.

Çexiya və Rusiya arasında nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

Praqa səfirlik əməkdaşlarının işə qayıtması üçün Moskvaya aprelin 22-də günorta 12-dək vaxt vermişdi. Moskva isə ultimatumu “qəbuledilməz” adlandırdı.

“Praqadakı Rusiya səfirliyindəki diplomatların sayını Moskvadakı səfirliyin əməkdaşların sayına uyğun azaldacağıq”, – Kulhanek aprelin 22-də vaxt bitəndən sonra brifinqdə deyib. Onun sözlərinə görə, Rusiya mayın sonunadək səfirlik işçilərinin işə qayıtmasını təmin edə bilər.

***

Kulhanek müsahibəsində deyib ki, Rusiyaya səfirlik əməkdaşlarını 63 nəfər azaltmaq üçün mayın sonunacan vaxt verilib. O, Rusiyanın Brno və Karlovı Varıdakı konsulluqlarında, eləcə Rusiya şəhərlərindəki Çexiya konsulluqlarında diplomatların və texniki heyətin sayında dəyişiklik edilməyəcəyini söyləyib.

“Biz xoş niyyətlə Rusiyaya bizim adamları çıxarmaq qərarına yenidən baxmağı təklif etdik. Rusiya isə bu imkandan yararlanmadı. Diplomatiyanın rəhbəri olaraq mən Çexiya-Rusiya əlaqələrinin durumundan razı deyiləm”, – Kulhanek “Blesk”ə deyib.

Nazir qeyd edib ki, Rusiya səfirliyinin ilkin 18 nəfərlik siyahıya salınmayan əməkdaşları “nəzəri olaraq” gələcəkdə Çexiyaya qayıda bilərlər, çünki onlara persona non qrata statusu verilməyib.

XS
SM
MD
LG