Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:43

Avtokratiyalarda jurnalist işinin bəhrəsi niyə az olur?


Panama Sənədləri Azərbaycanda nələri dəyişə bildi
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Panama Sənədləri Azərbaycan nələri dəyişə bildi

Dünya mediasının ən böyük və səs-küylü araşdırması hesab olunan – “Panama sənədləri”nin yayılmasından 5 il ötür.

“Panama Papers” adı ilə tanınan bu hesabatda dünyanın müxtəlif ölkələrindən 140 siyasətçi və dövlət rəsmisinin adı keçən araşdırmalar hazırlanmışdı.

ABŞ-ın Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun yaydığı məlumata görə ötən 5 ildə araşdırmalarda adı keçən bəzi vəzifəli şəxslər istefa verib, Yeni Zelandiya, Böyük Britaniya və digər ölkələrdə qanunlar sərtlələşdirilib. Ofşor şirkətlər vasitəsilə gələn pullara nəzarət daha da artırılıb. Hollywood ulduzlarının iştirakı ilə 2019-cu ildə bu hesabatdan bəhs edən film çəkilib.

Panama sənədləri üzrə hesabatda azı 3 araşdırma Azərbaycan prezidentin ailəsinə məxsus şirkətlərə bağlı idi.

Bu araşdırmalara münasibət olaraq prezident administrasiyasının mətbuat xidmətindən bildirilmişdi ki, prezidentin övladları da hər kəs kimi bizneslə məşğul ola bilər və burada qeyri-qanuni bir hal yoxdur.

Demokratik ölkələrdə nəticələr çıxarıldı

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun Mərkəzi Asiya üzrə redaktoru Uill Fitsgibbonun fikrincə bu hesabat bir daha göstərir ki, jurnalist araşdırmaları daha çox demokartik cəmiyyətlərdə böyük nəticələr verə bilir:

“Daha şəffaf və demokaratik ölkələrdə Panama sənədlərinin əhəmiyyətli təsirləri oldu. Məsələn, İslandiyada baş nazir bu qalmaqaldan sonra istefa verdi. Amma Azərbaycan prezidentinin ailəsi, Nigeriya siyasətçiləri və ya Rusiya prezidenti Vladimir Putinin dostu haqda araşdırmaların bir nəticəsi olmadı. Bu da olduqca önəmli bir məsələdən xəbər verir. Avtokratik rejimli ölkələrdə araşdırmaçı jurnalistlərin işinin nəticəsi məhduddur. ”

Panama papers hesabatına ofşor zonalarda yaradılan 214 mindən çox sənədlər daxildir. Bu sənədlər 1977-ci ildən 2015-ci ilə qədər – 40 illik dövrü əhatə edir.

Araşdırma müəllifləri bildirirlər ki, 100-dən çox media tərəfdaşlarının hazırladıqları təhqiqatın məqsədi gizli ofşor maliyyə bazarını ifşa etmək idi.

Korrupsiyanı araşdırmalı olanların özləri...

Deputat Zahid Oruc isə hesab edir ki, bu sənədlərin jurnalist təşkilatlarına sızdırılması hansısa ölkəyə təzyiq göstərmək üçün əvvəlcədən planlaşdırılmış hal ola bilər. Onun fikrincə, Azərbaycanla bağlı aparılan araşdırmalar da istisna deyil:

“Bəlli bir məsələdir ki, Azərbaycandan nəyisə qopara bilməyəndə, sırf dövlət başçısına hücum əməliyyatı kimi bunu düşünürlər. Mən sırf “Panama papers” üzərindən bunu iddia etmirəm. Burada daha peşəkar hüquqi araşdırmalara ehtiyac var. Lakin əksər hallarda Azərbaycan dövlət başçısını hədəf seçən bu cür “cinayət dosyesi” yaradılır və hakimiyyətə qarşı təzyiq alətinə döndərilir. Bax, sxem belədir”.

ABŞ-da yaşayan siyasi şərhçi Ərəstun Oruclu isə hesab edir ki, dövlətlərin yayılan araşdırmaların doğruluğuna şühbəsi varsa, araşdırma apara, faktları yoxlaya bilərdi:

“Azərbaycanda korrupsiya faktiki olaraq, idarəçilik sisteminin təməl prinsipidir. Ona görə də bu halları heç kim araşdırmır. Əksinə, biz görürük ki, korrupsiya araşdırmaları edən jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri cəzalandırılırlar. Elə korrupsiyanı araşdırmaları olanların, hüquq-mühafizə orqanlarının, ali qanunverici orqanların korrupsiyada adı hallanır”.

Panama papers hesabatı – Panamadakı hüquq firması Mossack Fonseca-dan sızmış məlumatlar əsasında hazırlanıb.

Bu firma 72 hazırkı və ya keçmiş dövlət başçısı da daxil, dünya üzrə minlərlə məmur və siyasətçi üçün ofşor şirkətləri yaratdığına görə qlobal qalmaqala səbəb olmuşdu.

XS
SM
MD
LG