Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 08:19

ABŞ Krımda ‘müstəqil səslər’in boğulmasını pisləyir


Vladislav Yesipenko
Vladislav Yesipenko

Vəkilin sözlərinə görə, martın 18-də televiziya ilə yayınlanan, Yesipenkonun Ukrayna üçün casusluğu “boynuna aldığı” müsahibə səhnələşdirilib

ABŞ Dövlət Departamentı Ukraynanın Rusiya tərəfindən ilhaq olunmuş Krım regionunda AzadAvropa/AzadlıqRadiosu-nun (RFE/RL) friləns müxbirini azadlığa buraxmağa çağırıb. Departament insan haqları qrupları ilə birlikdə jurnalistlə rəftar, onun televiziyada “etiraf”ından narahatlıq bildirib.

“Rusiyanın Krımdakı işğal hakimiyyətinin @RFERL-in frilens jurnalisti Vladislav Yesipenkonu etirafa məcbur etməsi haqda xəbərlərdən narahatıq. Onu buraxmağa, Rusiyanı Krımda müstəqil səslərin təqibini dayandırmağa çağırırıq”, – sözçü Ned Prays aprelin 13-də tvitində yazıb.

İşgəncə

Yesipenkonun vəkilinin aprelin 6-da bildirməsinə görə, müvəkkili qapalı məhkəmədə Ukrayna üçün casusluğu “boynuna alanacan” elektroşoka məruz qalmasından, döyülməsindən, ölümlə təhdid olunmasından danışıb.

Vəkil Aleksey Ladin işgəncənin iki gün çəkdiyini deyib. Yesipenko martın 10-da saxlanıb. Müdafiə tərəfi Ukrayna və Rusiya vətəndaşlığı olan jurnalistə qarşı ittihamları saxta adlandırır.

AzadAvropa/AzadlıqRadiosu-nun Prezident Ceymi Flay o zaman bəyanatında deyirdi ki, media qurumu Yesipenkonun məhkəmə dediklərindən “hiddətlənib”, jurnalist “indi azadlığa buraxılmalı, onun Ukraynadakı ailəsinə dərhal qoşulmasına icazə verilməlidir”.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Yesipenkonun Ukrayna kəşfiyyatı üçün informasiya yığdığını, saxlanma zamanı onun avtomobilindən “partlayıcıya oxşar əşya”nın tapıldığını iddia edir. Yesipenko radionun Ukrayna xidmətinin regional xəbər saytı olan Crimea.Realities ilə əməkdaşlıq edir.

Jurnalistə “odlu silah hazırlamaq” ittihamı irəli sürülüb, buna görə altı ilədək həbs cəzası nəzərdə tutulub.

Müsahibə səhnələşdirilib

Ladinin sözlərinə görə, martın 18-də televiziya ilə yayınlanan, Yesipenkonun Ukrayna üçün casusluğu “boynuna aldığı” müsahibə səhnələşdirilib. O, müvəkkilinə istinadla deyib ki, ona səsləndirməyə hazır mətn verilib, sonra onu saxlayanların suallarını cavablandırıb.

Yesipenko məhkəmədə böyrəklərində ciddi problemlər olduğunu, müalicə üçün ona dərman gərəkdiyini söyləyib.

Radionun prezidenti Flay Yesipenkonun etiraf səhnəsini sorğulayıb, onun buna “məcbur edildiyini, hüquqi məsləhətə çıxışı olmadığını” deyib.

“Rusiya hakimiyyəti daha öncə oxşar şəkildə radionun Ukrayna xidməti əməkdaşlarına saxta ittihamlar irəli sürüb. Vladislav AzadAvropa/AzadlıqRadiosu-nun Ukrayna xidmətinin əməkdaşıdır, casus deyil, azadlığa buraxılmalıdır”, – o vurğulayıb.

Rusiya Ukraynanın Krım vilayətini 2014-cü ilin martında ilhaq edib, oraya hərbçilərini göndərib, sonradan referendum keçirib. Azı 100 ölkə bu referendumu pisləyib. Bütün bunlar Ukraynanın moskvapərəst prezidenti Viktor Yanukoviç kütləvi etirazlar nəticəsində devriləndən sonra baş verib.

Moskva Ukraynanın şərqində hökumət qüvvələri ilə savaşan separatçıları dəstəkləyir. 2014-cü ilin aprelindən gedən münaqişədə 13 mindən çox insan öldürülüb.

XS
SM
MD
LG