Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:52

DST rəhbəri: Pandemiya ‘bir neçə aya’ cilovlana bilər, əgər…


DST-nin baş direktoru doktor Tedros Gebreyesus
DST-nin baş direktoru doktor Tedros Gebreyesus

Dünya Səhiyyə Təşkialtı (DST) bəyan edib ki, pandemiya ayrı-ayrı hökumətlərinin hərəkətlərindən asılı olaraq “bir neçə ayın ərzində” nəzarət altına gətirilə bilər.

DST-nin baş direktoru doktor Tedros Gebreyesus aprelin 12-də keçirilən mətbuat konfransında deyib ki, ictimai sağlamlıq tədbirləri və qlobal vaksinləmə koronavirusa yoluxmaları və xəstəliyin ölümcül təsirlərini cilovlaya bilər.

Cənab Tedros bildirib ki, pandemiyanın başa çatmasına hələ bir xeyli yol var, lakin nikbinlik üçün səbəblər də yox deyil:

"İlin iki ayı ərzində ölümlərin azalması göstərir ki, virus və onun variantları dayandırıla bilər. Əlaqələndirilmiş şəkildə ictimai sağlamlıq tədbirlərinin tətbiqi və ədalətli qlobal vaksinasiya pandemiyanı bir neçə ay ərzində cilovlamamıza imkan verərdi. Bunu edib-edə bilməyimiz tamamilə hökumətlərin və insanların hər gün qəbul etdiyi qərarlardan asılı olacaq”.

Amma son 7 həftədə…

Bundan əvvəl DST bildirmişdi ki, zəngin ölkələrdə yüz milyonlarla insanların peyvənd edilməsinə baxmayaraq yoluxma halları dünya boyunca artır.

DST rəhbəri deyib ki, yanvar və fevral aylarında dalbadal 6 həftə ərzində dünya boyunca yoluxma hallarının azalması baş vermişdi.

Lakin bunun ardınca dalbadal son 7 həftə ərzində dünya miqyasında yoluxmaların sıçrayışlı artımı baş verib. Ötən ay ölümlərin də sayı kəskin artıb.

Tedros deyib:

"Asiyada və Yaxın Şərqdə COVID-19-a yoluxmalarda böyük artım müşahidə olunub. Bu, qlobal miqyasda 780 milyon insanın vaksinasiya edilməsinə rəğmən baş verib”.

“Vaksin aparteidi”

DST bundan əvvəl vaksinasiya ilə bağlı “etik məsələni” dəfələrlə qalıdırıb. Söhbət varlı ölkələrdə milyonlarla insanın peyvənd olunduğu bir vaxtda, yoxsul ölkələrdə insanların vaksinsiz qalmasından gedir.

Əhalinin vaksinlənməsində birincilik Britaniyaya məxsusdur. Bu ölkədə əhalinin 66 milyon nəfərindən 32 milyonuna vaksinin birinci dozası vurulub.

Namibiyanın prezidenti Haqi Cinqob ötən həftə dünya boyunca vaksinləmədə baş verən bərabərsizliyi “vaksin aparteidi” adlandırmışdı.

Nigeriyada indiyədək 2.5 milyonluq əhalinin yalnız 0.1 faizi peyvənd olunub.

Yəmən, Honduras, Syerra Leon, Qabon, Anqola, Özbəkistan və Vyetnam da daxil bir çox ölkələr heç 0.1 faiz nəticəsini də əldə edə bilməyiblər.

XS
SM
MD
LG