Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 12:50

Rusiya müdafiə nazirinin müavini Qarabağa gəlib


Dmitri Bulqakov (ortada)
Dmitri Bulqakov (ortada)

"Bu günədək 25 mobil tipli şəhərcik istismara verilib. Aprelin 5-dək bütün sülhməramlılar yaşayış yeri ilə təmin olunacaq”, – Bulqakov deyib.

Rusiya Müdafiə nazirinin müavini Dmitri Bulqakov Azərbaycanın Qarabağ bölgəsinə gəlib. Bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya Federasiyasının Dağlıq Qarabağdakı sülhməramlıları üçün tikilən mobil şəhərciklər aprelin 5-dən gec olmayaraq istifadəyə veriləcək, Bulqakov jurnalistlərə deyib. Onun sözlərinə görə, aprelin sonunacan mobil xəstəxana da işə salınacaq.

Nazirlik bildirir ki, Bulqakov Xankəndində sülhməramlıları üçün 250 yerlik növbəti blok tipli mobil şəhərciyin açılış mərasiminə qatılıb.

30 minədək Qarabağ ermənisi müharibədən sonra geri dönməyib
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

"Bu günədək 25 mobil tipli şəhərcik istismara verilib. Aprelin 5-dək bütün sülhməramlılar yaşayış yeri ilə təmin olunacaq”, – Bulqakov deyib.

Onun sözlərinə görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qərarı əsasında tikilən mobil hospital isə aprelin sonunadək təhvil veriləcək.

Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl Ermənistan rəsmilərinin Qarabağa səfərini pisləyib, bu cür səfərlərə son qoyulmasa, Azərbaycanın cavabının sərt olacağını deyirdi. Rusiya rəsmilərinin regiona səfərinə isə münasibət bildirilməyib.

Qarabağ ermənilərinə verilən pasportlarda doğum yeri Ermənistan yazılır - Yerevandan reportaj
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Xatırlatma

Ötən il 44 günlük müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

XS
SM
MD
LG