Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:43

Ötən il Azərbaycanda son 85 ilin ən böyük ölüm sayı olub


Bakıda qəbiristanlıq
Bakıda qəbiristanlıq

75 mini aşan ölüm sayında nəyin payı çoxdur: pandemiyanın, savaşın, yoxsa...

Koronavirus pandemiyası bir çox ölkələrdə ölüm hallarının artması ilə yanaşı, doğum göstəricilərinə də təsirsiz ötüşməyib. Fransanın Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun (Insee) məlumatından aydın olur ki, bu ilin yanvarında – ölkədə elan olunan ilk qapanmadan (lockdown) 9 ay sonra Fransada doğum göstəricisi ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz azalaraq 53 min 900-ə düşüb.

Avropada ən ciddi azalma Fransada?

Bu, doğum səviyyəsinin Avropa Birliyi ölkələri arasında ən yüksək olduğu Fransada ötən əsrin 70-ci illərindən bəri ən ciddi azalmadır. 2020-ci il ərzində Fransada toplam 735 min uşaq dünyaya gəlib. Bu, İkinci Dünya müharibəsindən sonra qeydə alınan ən aşağı nəticədir.

Pandemiyanın ciddi fəsadlara səbəb olduğu İtaliyada da ötən il doğum göstəricisi bir əvvəlki illə müqayisədə 20 minə yaxın (5 faiz) azalıb və təxminən 400 min nəfərə bərabər olub. 2020-ci ildə İtaliyada qeydə alınan ölüm hallarının sayı isə ümumilikdə 647 minə bərabərdir. Bu baxımdan, 2020-ci ildə İtaliyada ölüm və doğum göstəriciləri arasında bir əsr əvvəl baş verən "İspan qripi"ndən bəri ən böyük fərq müşahidə olunub. İtaliyada da dekabr və yanvar aylarında dünyaya gələn uşaqların sayı ötən ilin eyni ayına nəzərən 20 faizə yaxın azalıb və hətta 2020-ci ilin dekabr ayı ölkədə 1941-ci ildən sonra ən az doğum qeydə alınan ay olub.

Fransa karantin rejimini sərtləşdirir
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Digər Avropa ölkələrində də doğum göstəriciləri ilə bağlı azalma trendi müşahidə edilir. Mütəxəssislər bunu pandemiyanın gətirdiyi iqtisadi çətinliklərə bağlayaraq qeyd edirlər ki, oxşar tendensiyalar 1930-ci illərdəki iqtisadi depressiyalar və 1973-cü ildəki neft böhranı zamanı da baş vermişdi. Çünki iqtisadi böhran baş verdiyi dövrlərdə insanlar başda işlərini itirmək təhlükəsi olmaqla bir çox iqtisadi çətinliklərin ortaya çıxmasından ehtiyat edirlər. Bu məqam onların övlad sahibi olması ilə bağlı qərarlarına da təsir edə bilir.

Dünyanın əhali sayı baxımından ən böyük ölkəsi olan Çində də 2020-ci ildə doğum sayında ciddi azalma qeydə alınıb. Ötən il Çində 10 milyon 40 min uşaq dünyaya gəlib. Bu göstərici 2019-cu illə müqayisədə 4 milyon 600 min adam (31 faiz) daha azdır.

Ötən il Ermənistan əhalisi 1 min 77 nəfər çoxalıb?

Azərbaycanın yerləşdiyi regionda da doğum saylarının nisbi azalması gözə dəyib. Türkiyədə ötən il ölkə əhalisinin sayı artsa da, artım nisbəti 2019-cu illə müqayisədə səngiyərək 14 faizdən 5.5 faizədək azalıb.

İstər doğum, istərsə ölüm göstəricisi baxımından diqqət çəkən ölkələrdən biri də Ermənistandır. Ermənistanın statistika qurumunun məlumatlarından bilinir ki, bir çox ölkədən fərqli olaraq 2020-ci ildə Ermənistanda doğulanların sayı 2019-cu ilə nəzərən 0.9 faiz artıb və 36 min 448 nəfər olub. Ancaq ölkədə qeydə alınan ölüm hallarının sayında da ciddi artım qeydə alınıb. Belə ki, ötən il Ermənistanda ölənlərin sayı 2019-cu illə müqayisədə 9 min 185 nəfər və ya 35 faiz artaraq 35 min 371 nəfərə çatıb. Bu o deməkdir ki, ölkədə il ərzində təbii artım cəmi 1 min 77 nəfər olub.

Ermənistanda əhalinin sayı azalıb
Gözlə

No media source currently available

0:00 0:02:16 0:00

Rəsmi rəqəmlərə görə, ötən il Ermənistanda koronavirus ucbatından toplam 2 min 823 nəfər vəfat edib. Müharibədə həyatını itirənlərin sayına gəlincə, indiyədək sürən axtarışlar nəticəsində bu rəqəm artsa da, 10 noyabr bəyanatından bir qədər sonra Ermənistan Səhiyyə Nazirliyi müharibədə 2 min 317 hərbçinin öldüyünü açıqlayıb. Noyabrın sonlarında başlanan axtarışlardan bu günədək döyüş bölgəsindən 1 min 500-dək erməni hərbçisinin cəsədi tapılıb.

Son 17 ilin ən aşağı doğum və ən yuxarı ölüm göstəricisi?

2020-ci ildə Azərbaycanda da həm doğum, həm də ölüm göstəricilərində dəyişikliklər gözə çarpır. Ötən il ölkədə 126 min 571 uşaq dünyaya gəlib. Bu göstərici 2019-cu illə müqayisədə 10 faiz az olmaqla yanaşı, həm də 2003-cü ildən bəri ən aşağı doğum göstəricisidir.

Digər tərəfdən, 2020-ci ildə Azərbaycanda qeydə alınan ölüm hallarının sayı 2019-cu ilə baxanda, 19 min 731 nəfər və ya 35 faiz artaraq 75 min 647 nəfərə çatıb. Bu, təkcə son illərdə və ümumən müstəqillik dövründə deyil, bütövlükdə Statistika Komitəsinin hesabatlarında ölüm göstəricisinin qeyd edilməyə başlandığı 1935-ci ildən bu yana bir il boyunca qeydə alınan ən böyük ölüm sayıdır.

Ötən il doğum sayının azalması və ölüm hallarının artması nəticəsində təbii artım göstəricisində də ciddi azalma müşahidə olunub. 2019-cu ildə ölkədə təbii artım 85 min 263 nəfərdisə, ötən il bu rəqəm 40 faiz azalaraq 50 min 924-ə enib.

Rəsmi rəqəmlərə görə, ötən il Azərbaycanda koronavirusdan 2 min 641 nəfər vəfat edib. 44 günlük müharibə ərzində isə toplam 3 minə yaxın hərbçi və mülki şəxs həyatını itirib. Diqqət çəkən məqamlardan biri də odur ki, vəfat edənlərin sayındakı artımdan hər iki səbəbdən baş verən ölümlərin sayını çıxınca da təxminən 15 minə yaxın "artıq ölüm" olduğu gözə çarpır.

Toy qadağasına görə işini itirənlər: 'Borca girirəm'
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Azərbaycanda doğum sayı 10 ildir azalır?

Azərbaycanda əhalinin say artımı baxımından müsbət dinamika mövcud olsa da, son illər həm doğum, həm də təbii artım göstəriciləri azalmaqdadır. 2017-ci ildən bəri təbii artım göstəricisi 100 mindən aşağı enib. Doğulanların sayında 2000-ci illərin ortalarından bu yana müşahidə edilən artım 2011-ci ildən bəri azalmağa doğru gedir. Azalmanın bu il də sürəcəyini ehtimal etmək olar, çünki 2020-ci ildəki xüsusi karantin rejimi ərzində Azərbaycanda toy mərasimlərinin yasaqlanması qeydə alınan nikahların sayında da ciddi azalma doğurub. Əgər 2019-cu ildə Azərbaycanda toplam 63 min 869 nikah qeydə alınmışdısa, ötən il bu rəqəm 45 faiz azalaraq 28 min 521-ə enib.

Bu ilin ilk ayında da doğulanların sayında ötən ilin eyni dövrü ilə müqayisədə nisbi azalma qeydə alınıb. Azərbaycanda 2020-ci ilin mart ayında xüsusi karantin rejimi, aprel ayında isə sərtləşdirilmiş karantin rejimi tətbiq edilib. Sərtləşdirilmiş karantin rejiminin tətbiqindən 9 ay sonra, 2021-ci ilin yanvarında 10 min 840 uşaq doğulub. Bu rəqəm 2020-ci ilin eyni ayı ilə müqayisədə (11 min 687) 7.2 faiz daha aşağıdır.

Azərbaycanda 2010-2020-ci illərdə doğum, ölüm və təbii artım göstəriciləri

İllər

Nəfər

təbii artım

doğulanların sayı

ölənlərin sayı

2010

112063

165643

53580

2011

122310

176072

53762

2012

119452

174469

55017

2013

118288

172671

54383

2014

114855

170503

55648

2015

111513

166210

54697

2016

102816

159464

56648

2017

86932

144041

57109

2018

81732

138982

57250

2019

85263

141179

55916

2020

50924

126571

75647

XS
SM
MD
LG